Bazar , Oktyabr 18 2026
azfa

İran rejimi azərbaycanlı fəal Höccət İsmətzadəni məhkəməyə çağırdı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İran rejimi Saxsıtəpə hadisələri ilə bağlı yaxaladığı azərbaycanlı fəal Höccət İsmətzadəni məhkəməyə çağırıb.

Azərbaycanlı fəal bu barədə rejimin Qərbi Azərbaycandakı məhkəməsindən elektron bildiriş alıb.

Bildirişə əsasən azərbaycanlı milli fəal 2022-ci il yanvar 1-də rejimin Sulduzdakı ikinci Cinayət Məhkəməsinin 101-ci şöbəsində olmalıdır.

Azərbaycanlı fəal şərlənərək, “Xəbərləri təhrif etmək, yalan məlumatlar, foto və görüntülər yaymaqla məqsədli şəkildə ictimai asayişi pozmaq”da ittiham olunub.

Qeyd edək ki, Höccət İsmətzadə sentyabrın 4-də İran rejiminin məmurları tərəfindən yaxalanmışdı. O, sentyabrın 5-də girov qarşılığında zaminə buraxılmışdı.

Sentyabrın 3-də Güney Azərbaycanın Sulduz bölgəsinin Saxsıtəpə kəndində mühacir kürdlər yerli Azərbaycan türklərinin evlərinə basqın etmişdilər.

Onlar uşaqlar, qadınlar və yaşlıları döyüb və təhqir etmiş, onlarla əhali isə kəndi tərk edərək Sulduza qaçmağa məcbur olmuşdu.

Həmçinin yoxlayın

Sayın Mikayil bəy Oyta rəsmi dəvətlə Türkiyə parlament nümayəndələrinin Avstraliyada türk icması üzvləri ilə görüşünə qatələb

GADTB: Avstraliya Azərbaycan Assosiasiyasının prezidenti, Güney Azərbaycan Demokratik Türk Birliyinin (GADTB) Beynəlxalq Əlaqələr Departamentinin sədri …

Urmiya gölünün su səviyyəsi ekoloji normadan 3,5 metr aşağıdır

GADTB: Şərqi Azərbaycan Regional Su İdarəsinin baş direktoru Yusif Qəffarzadə monitorinq stansiyalarının məlumatlarına əsaslanaraq Urmiya …