Cümə axşamı , Noyabr 28 2024
azfa

Güney Azərbaycanda kütləvi etirazlar İranı Qarabağ məsələsində geri addım atmağa məcbur etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanda kütləvi etirazlar irqçi fars rejimi Qarabağ məsələsində geri addım atmağa məcbur etdi.

Rejimin xarici işlər nazirliyi də, Azərbaycandakı səfirliyi də günahı bir qrup erməninin üzərinə atmağa məcbur olub. Onlar bildiriblər ki, Tehranda yaşayan bir qrup erməninin asdığı plakat və səsləndirdiyi şüarları özbaşına hərəkət və qəbuledilməz addım kimi qiymətləndirir və pisləyir.

Rejimin Azərbaycandakı səfirliyi bəyan edir ki, İran dövlət rəsmiləri Ermənistanın baş naziri ilə Tehranda yaşayan bir qrup erməninin “Ararat” klubunda baş tutmuş görüşünə heç bir müdaxilə etməyib, bu görüşdə asılmış plakat və səsləndirilmiş şüarları, İran Xarici İşlər Nazirliyinin sözçüsünün də dediyi kimi, özbaşına hərəkət və qəbuledilməz addım kimi qiymətləndirir və pisləyir:

“Vurğulamaq istərdik ki, İran İslam Respublikası Azərbaycan Respublikasının müstəqillik qazandığı ilk və çətin günlərində həmişə Azərbaycan dövləti və xalqının yanında olmuş, Azərbaycan Respublikasının ərazi bütövlüyünü dəstəkləmiş və bu siyasətini dəyişməyəcəkdir.

İran düşünür ki, Dağlıq Qarabağ münaqişəsi Azərbaycan Respublikasının ərazi bütövlüyünə hörmət prinsipi əsasında və sülh danışıqları yolu ilə iki tərəf arasında həllini tapacaqdır. İran İslam Respublikasının Azərbaycan Respublikası ilə dostluğu və qardaşlığı əbədidir və heç bir təxribat iki xalqın iradəsinə xələl yetirə bilməz”.

Qeyd edək ki, irqçi fars rejimin Güney Azərbaycanın kəskin və kütləvi etirazından sonra bu açıqlamanı verib.+

Həmçinin yoxlayın

Netaniyahu: İranın nüvə silahına yiyələnməsinin qarşısını alacağam

Israel’s Prime Minister Benjamin Netanyahu attends the weekly cabinet meeting in Jerusalem on November 19, …

Güney Azərbaycanın Qəzvin bölgəsində dövlət şirkətinin aldadılmış səhmdarları etiraz aksiyası keçiriblər

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanın Qəzvin bölgəsində dövlət şirkətinin aldadılmış səhmdarları …

Bir cavab yazın