Cümə axşamı , Oktyabr 15 2026
azfa

Güney Azərbaycanda milli tələblər və milli fəallara azadlıq tələbilə bağlı aksiya keçirilib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanın Ərdəbil şəhərində milli tələblər və milli fəallara azadlıq tələbilə bağlı aksiya keçirilib.

Bir qrup azərbaycanlı fəal Ərdəbildə türk millətinin tələblərinə və Güney Azərbaycanda fəalların həbs və işgəncələrə məruz qalmasına etiraz olaraq divarlara şüarlar yazıblar.

Azərbaycanlı fəallar divarlara aşağıdakı şüarları yazıblar:

“Azadlıq, Ədalət, Milli Hökumət”;

“Azərbaycan əsirlik yox, mübarizə və ədalət ölkəsidir”;

“Türk dilində məktəb”;

“Sonsuza qədər azadlıq, sonsuza qədər müstəqillik!”;

“Siyasi məhbuslarımıza azadlıq!”;

“Əgər bu gün sussaq, gələcək nəsillərimiz əsarətdə qalacaqlar!”;

Həmçinin yoxlayın

Urmiya gölü ilə bağlı “Gölün uşaqları” filmi İstanbulda nümayiş olunacaq

GADTB Azərbaycanlı rejissor Məhəmməd Əlimuradinin “Gölün uşaqları” filmi İstanbulda keçiriləcək 20-ci Memarlıq Filmləri Festivalında nümayiş …

ABŞ ordusu İrana qarşı “Bütün bombaların anası”ndan istifadəni nəzərdən keçirir

GADTB: CNN telekanalı ABŞ rəsmilərinə istinadən xəbər verir ki, ABŞ ordusu İrana qarşı gələcək mümkün …