Cümə axşamı , Oktyabr 15 2026
azfa

Eynalı dağında Urmiya gölünün qurudulmasına etiraz aksiyası

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, azərbaycanlı milli və ətraf mühit fəalları Təbrizin Eynalı dağında Urmiya gölünün qurudulmasına etiraz olaraq keçiriblər.

Azərbaycanlı fəallar bunun üçün Eynalı dağında böyük plakatlar qaldırıblar.

Azərbaycanlı fəalar üzərində “# Nəfəs_Su_Torpaq” və “#Urmu_Araz_üçün_Birlik” yazılmış plakat qaldırarq əhalinin diqqətini qurudulan Urmiya gölü fəlakətinə cəlb etmək istəyiblər.

Qeyd edək ki, irqçi fars-molla rejimi Urmiya gölünə tokülən çayların qarşısını almaqla Urmiya gölünü qurudub. Fəalların etiraz qarşısında gölü bərpa edəcəyinə söz versə də bunu etməyib, əksinə Oman dənizindən farsların yaşadığı çöllərə, o cümlədən Yəzd, İsfahan və s. bölgələrə su çəkib.

Həmçinin yoxlayın

Təbrizli rejissor iş axtarmaq üçün Türkiyəyə köçən fəhlələrdən danışıb

GADTB: Təbrizli rejissor Məhəmməd Əlimuradi özünün “Instagram” səhifəsində Razi sərhəd-keçid məntəqəsindən Türkiyəyə keçən çoxsaylı fəhlələrlə …

Təbriz Ticarət Palatasının rəhbəri Şərqi Azərbaycanın bank resurslarının bölgədən kənara çıxarılmasına etiraz edib

GADTB: Təbriz Ticarət Palatasının rəhbəri Yunis Jailə bank kreditlərinin qeyri-bərabər bölüşdürülməsini tənqid edərək bildirib ki, …