Cümə axşamı , Oktyabr 22 2026
azfa

Güney Azərbaycanda müxtəlif tədbirlərlə 21 Azər- Milli Hökumətin ildönümü anıldı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, dünən Güney Azərbaycan şəhərlərində müxtəlif tədbirlərlə 21 Azər- Milli Hökumətin ildönümü anıldı.

Azərbaycanlı milli-mədəni fəallar Təbriz şəhərinin duvarlarında qrafitlər çəkib, afişalar yapışdırmaqla 21 Azər – Milli Hökumətin qurulmasını anıblar.

Təbrizdə həmçinin ingiliscə “Güney Azərbaycan İran deyil” şüarları yazılıb. Təbrizlə yanaşı bir neşə Azərbaycan şəhərində, o cümlədən Urmiya və Ərdəbildə də azərbaycanlı fəallar müxtəlif yerlərdə şirniyyat paylayıb və 21 Azər Hərəkatının ildönümünü anıblar.

Həmçinin azərbaycanlı fəallar, ictimai yerlərdə “Azərbaycan talandı-millət oyan amandı” şüarları yazaraq, Güney Azərbaycan mədənləri və yeraltı sərvətlərinin talanmasına və mərkəzi hökumət tərəfindən sistemli ayrıseçkilik və müstəmləkə siyasətinin tətbiq edilməsinə qarşı etirazlarını bildiriblər.

Güney Azərbaycanın Qəzvin şəhərində də azərbaycanlı milli fəallar şəhər divarlarına “21 Azər Azərbaycan türklərinin soyqırım günüdür” yazmaqla İran rejiminə etirazlarını bildiriblər.

Həmçinin yoxlayın

Molla rejimin SEPAH terror təşkilatı müharibəni regionda genişləndiriləcəyi ilə hədələdi

GADTB: SEPAH terror təşkilatının sözçüsü Hüseyn Möhibbi region ölkələrini müharibənin əhatə dairəsini genişləndirməklə hədələyib. O, …

Tramp: İranın nüvə silahına sahib olmasının qarşısını almasaydıq, indiyədək dağıdıcı nüvə silahlarından istifadə etmiş olardı

GADTB: ABŞ Prezidenti Donald Tramp İran İslam Respublikasının nüvə silahına sahib olmasının qarşısını almağı özünün …