Bazar , Oktyabr 18 2026
azfa

GADTB başqanı sayın Əjdər Tağızadənin S.C.Pişəvərinin məzarı kənarından 21 Azər mesajı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) başqanı sayın Əjdər Tağızadə 21 Azər- Milli Hökumətimizin qurulmasının ildönümü münasibətilə Azərbaycan Türk Millətinə təbrik mesajı ünvanlayıb. Təbrik mesajında deyilir:

21 Azər hərəkatının ənənəsinə dayanaraq, Azərbaycanın güneyinin təkcə bir yolu qalıb. O da öz istiqlalını əldə edib və Azərbaycanın müstəqil dövlətinin yaratmaqdır. Bu hərəkatın bizə təkcə bir mesajı var. O da farsa, fars şovinizminə inanmadan yalnız öz gücünüzə dayanıb Azərbaycanı azad etmək. Bir sözlə Pişəvəri demişkən bu millətə müstəqilliyini əldə edənədək nə öldü var nə döndü. Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) Azərbaycan Türk Millətini Güney Azərbaycanda milli dövlətçiliyi və müstəqilliyini bərpa etmək üçün millətimizi birliyə və istiqlalçı təşkilatlar ətrafında birləşərək haqlı mübarizəmizi gücləndirməyə çağırır. Kimsəyə sirr deyil ki, Güney Azərbaycanın yeganə qurtuluş yolu istiqlaldır.”…- Əjdər Tağızadə GADTB başqanı

Həmçinin yoxlayın

Sayın Mikayil bəy Oyta rəsmi dəvətlə Türkiyə parlament nümayəndələrinin Avstraliyada türk icması üzvləri ilə görüşünə qatələb

GADTB: Avstraliya Azərbaycan Assosiasiyasının prezidenti, Güney Azərbaycan Demokratik Türk Birliyinin (GADTB) Beynəlxalq Əlaqələr Departamentinin sədri …

Urmiya gölünün su səviyyəsi ekoloji normadan 3,5 metr aşağıdır

GADTB: Şərqi Azərbaycan Regional Su İdarəsinin baş direktoru Yusif Qəffarzadə monitorinq stansiyalarının məlumatlarına əsaslanaraq Urmiya …