Güney Azərbaycanda rejimin senzura siyasətinə qarşı “Salam Azərbaycan” kampaniyası genişlənir

GADTB-nin Mətbuat Mərkəzinin əldə etdiyi məlumata görə, irqçi və işğalçı fars rejimin Güney Azərbaycanda tətbiq etdiyi senzura siyasətinin geniş vüsət aldığı ifşa ediləndən sonra azərbaycanlı fəallar tərəfindən həmin senzuraya etiraz olaraq “Salam Azərbaycan” kampaniyasına start verilib.

Artıq Azərbaycanlı milli-mədəni fəallar başlatdığı “Salam Azərbaycan” kampaniyası geniş vüsət almaqdadır.

Qeyd edək ki, Şərqi Azərbaycan Vilayətinin Teleradio Şirkətinin aparıcısı Məhəmməd Fərşbaf öz İnstaqram səhifəsində başına gələn bir hadisəni yazaraq, irqçi fars rejimin senzura məmurunun ona “Azərbaycana salam vermək”lə bağlı təhqiramiz şəkildə xəbərdarlıq aldığını qeyd edib. O bu barədə yazıb:

“Bir gecə açıq havada çəkilən bir proqramda monitorda özümü və arxamdakı Təbrizin parıltılı işıqlarını gördüm. Vəcdə gəlib və dedim: Arxamda Təbriz, üzbəüzümdə isə böyük Azərbaycanımıza salam deyirəm. Demək istədim ki, Şərqi Azərbaycan əhalisi məni televiziyadan izlədiyi üçün, mən onların önündəyəm və Təbriz mənim arxa tərəfimdə yerləşir.

Bir gün sonra senzura məmuru bir mesaj verdi: “Xəritəyə görə, Təbriz arxanda olanda, Azərbaycan Respublikası sənin üzbəüzündə yerləşir. Sən səhv edirsən (bu söz qələt eləyirsən mənasında işlədilib) oraya salam göndərirsən.”

Mən buna cavab olaraq dedim ki, “Xəritə bir kağızdır və şərti olaraq yuxarı tərəf şimal adlanır. Əslində mən üzü şərqə tərəf dayanmışdım. Daxili şəhərlərdən Tehran və Məşhəd, xarici ölkələrdən isə Əfqanıstan mənim üzbəüzümdə idi.”

O bunun cavabında dedi: “Mən bu sözlərlə işim yoxdur. Sabahdan Azərbaycana salam versən aramız dəyəcək”.

İrqçi və işğalçı fars rejimin bu antitürk siyasəti isə azərbaycanlı milli-mədəni fəalların geniş etirazına səbəb olmuş və bu məqsədlə onlar “Salam Azərbaycan” kampaniyasına başlayıblar.

Həmçinin yoxlayın

Traxturun xanım tərəfdarları stadiona gələ biləcək

GADTB: Şərqi Azərbaycan əyalətində Traxtur futbol komandasının qadın tərəfdarlarının  stadiona girişinə icazə verilib Bu haqda …

Azərbaycanlı fəal Əhəd Seyfxah zaminə buraxıldı

GADTB: Azərbaycanlı milli fəal Ayaz Seyfxahın qardaşı Əhəd Seyfxah dünən Təbrizin mərkəzi zinanından istintaq prosesinin …

Bir cavab yazın