Cümə , Aprel 19 2024
azfa

Güney Azərbaycanda yerli rəsmilərin fars rejimin təhsil nazirinin irqçi bəyanatına etirazları

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejimin təhsil naziri Bəthainin irqçi bəyanatı Güney Azərbaycanda Azərbaycan türklərinin etirazına səbəb olmaqla yanaşı bir sıra azərbaycanlı rəsmilərin də qəzəbinə səbəb olub. İlk növbədə Təbrizin imam cüməsi və onun ardınca Urmiyadan azərbaycanlı millət vəkili Bəhaduri rejimin təhsil nazirinin irqçi bəyanatına etiraz ediblər.

Təbrizin imam cüməsi Məhəmmədəli Al-i Haşim təhsil nazirinin qeyri-fars dillərində dərs keçməyin qadağan olması ilə bağlı açıqlamasını tənqid edib və Azərbaycan əhalisinin öz varlığına bağlı olduğunu vurğulayıb.

Al-i Haşim deyib: “Biz ölkəmizə və ideyalarımıza bağlı olduğumuz kimi, bölgəmizə, dilimizə və Azərbaycana da bağlıyıq. Əhali təkcə məktəblərdə deyil, universitetlərdə də bəzi dərsliklərin ana dilində tədris olunmasını tələb edir. Biz Azərbaycana olan sevgimizi qətiyyən unutmayacayıq”.

Urmiyanın məclisdəki millət vəkili Hadi Bəhaduri də rejimin təhsil nazirinin irqçi bəyanatına etiraz edərək, təhsil nazirindən öz bəyanatını geri götürməsini tələb edib.

Bəhaduri türk dilini milli sərmayə adlandıraraq, qeyd edib ki, bu dili danışanlar 5 nəfər deyil və dil hər millətin milli kimliyidir və onu bu rahatlıqda kənara qoymaq olmaz.

Bəhaduri Azərbaycan türkcəsinin tezliklə məktəblərdə tədrisini tələb edib. O qeyd edib ki, əhalinin ölkədə ən azı 40 faizi Azərbaycan türküdür və bu dilə qarşı ciddi haqsızlıq olub. Bu dil barədə minimum iş həmin dilin məktəblərdə tədrisidir.

Qeyd edək ki, iyul ayının 14-də İranın təhsil naziri Məhəmməd Bəthai şagirdlərə qeyri-fars dillərində dərs keçməyin qadağan olduğunu vurğulayaraq, məktəblərdə fars dilinin tədris olunması məsələsini “sistemin qırmızı xətti” adlandırmışdır.

 

 

Həmçinin yoxlayın

Rafael Qrossi İranın nüvə silahı yaratmağa çox yaxınlaşdığını deyir

GADTB: Beynəlxalq Atom Enerjisi Agentliyinin baş direktoru Rafael Qrossi dünən Vyanada Almaniyanın ARD dövlət televiziyasına …

Molla rejimin həbs etdiyi tanınmış azərbaycanlı fəal Pərviz Siyabini məzuniyyətə göndərib

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, irqçi fars-molla rejimi həbs etdiyi Güney Azərbaycan Milli …

Bir cavab yazın