Bazar , Oktyabr 25 2026
azfa

Güney Azərbaycanıb Traxtur komandasının tərəfdarlarının etiraz aksiyası davam edir-Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, dünən avqustun 22-i Güney Azərbaycanıb Traxtur komandasının tərəfdarları yenidən etiraz aksiyası keçiriblər.

Tərəfdarlar klub rəhbərliyinin yarıtmaz idarəçiliyinə və İranın terrorçu Sepah-nın komandirlərinin klubun işinə müdaxiləsinə etiraz ediblər.

etirazçılar Şərqi Azərbaycan Futbol Şurası binasının inzibatı binası qarşısına toplaşaraq etiraz aksiyası keçiriblər.

Etirazçılar “Sən çağırsan gələrəm mən, sən yaşa Azərbaycan, Eybi yoxdur ölərəm mən, sən yaşa Azərbaycan”, “Azərbaycan milləti, çəkənməz bu zilləti”, “Ostanın məsulları cavab ver, cavab ver” şüarları səsləndirib və ya plakatlar qaldırıblar.

Qeyd edək ki, rejim fitnəkarlıq edərək Traxtur komandasını dağıtmaq istəyir. Bu isə azərbaycanlı tərəfdarların etirazı ilə qarşılaşır.

Həmçinin yoxlayın

İran-ABŞ arasında vasitəçilik üçün Qətər nümayəndə heyəti Tehrana gedib

GADTB: “Al Araby Al Jadeed” nəşri xəbər verib ki, İran və ABŞ arasında vasitəçilik səyləri …

Mossadın keçmiş rəhbəri: Müharibədən həftələr əvvəl İranın içərisində onlarla agentimiz vardı və heç biri həbs olunmadı

GADTB: Mossadın keçmiş rəhbəri David Barnea bildirib ki, bu təşkilat 1404-cü ilin xordad ayında başlanan …