Çərşənbə axşamı , Noyabr 17 2026
azfa

Jirinovski İran adı yedə Azərbaycan dövləti yaranacağını deyir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Rusiya Liberal Demokrat Partiyasının sədri, deputat Vladimir Jirinovski yeni açıqlama verib.

 Jirinovski 2030-cu ildə Yaxın Şərqin siyasi xəritəsinin kəskin dəyişəcəyini söyləyib. O, İranın parçalanacağını və ölkənin şimalında Azərbaycan dövlətinin yaranacağını proqnozlaşdırıb.

“İran dövləti dağılacaq. Onun yerində Azərbaycan, Persiya, Türkmənistan və Bəlucistan dövlətləri yaranacaq”.

Jirinovskinin fikrincə, 2030-cu ilə qədər Əfqanıstan və Pakistan birləşəcək və Puştunistan dövləti qurulacaq.

Siyasətçi Yaxın Şərqdəki dəyişikliklərin İsrailin təşəbbüsü ilə baş tutacağını da əlavə edib.

Həmçinin yoxlayın

Qərbi Azərbaycan gömrüyündə terrorçu kürdlərin maliyyə korrupsiyası

GADTB: Qərbi Azərbaycanda bəzi vəzifəli şəxslərlə kürdlər arasında qeyri-şəffaf maliyyə və ticarət əlaqələrinin mövcudluğuna dair …

Bu gün Azərbaycanda Milli Dirçəliş Günüdür

GADTB: Bu gün – noyabrın 17-si Azərbaycanda Milli Dirçəliş Günüdür. Bayram 1988-ci ilin noyabr-dekabrında Bakıda …