Cümə axşamı , Aprel 25 2024
azfa

Güney Azərbaycanın istiqlalçı təşkilatlarının Güney Azərbaycanın müstəqilliyinin zərurəti barədə bildirişi

 

Rejimin 40 il ərzində bütün cinayətlərinə şərik olan əli qanlı caniləri millətimiz unutmayacaq! İşğal altında yaşayan bir millətin ilk və ana hədəfi ölkəsini xarici qüvvələrin əlindən qurtarmaqdır! Şübhəsiz, bir əsrə yaxın uyqulanan sistematik assimilyasiyanın (əritmə sistemi) yaratdığı kültürəl, siyasi, iqtsadı və … təxribatı həll etmək və milli şüuru yenidən yaratmaq rahat deyildir.

Bir tərəfdən bu həyata alışan, assimilyasiyaya uğramış, o biri tərəfdən də işğalçılarla əlـələ verib öz millətinə düşmən kəsilənələr, yadların çirkin planlarını millətimizə qarşı həyata keçirirlər. Bu mənliklərini itirmiş özümüzdən olan manqurtlarla mücadilə, sadəcə inanc, vətən sevgisi və fədakarlıqla olan bir iş deyil və dünya siyasətini düzgün analiz edib, rəjimin oyunlarını öncədən görüb və doğru taktiklər ortaya qoymaqla başarı mümkündür.

Hərəkətimizin ən mühüm maneələrindən biri məsuliyyətsiz və heç bir elmi və əməli dayağı olmayan və bir əsrə yaxın, bizi bu günə salan irançılıq teorisinin müəyyən şəxs və qurumlar tərəfindən ortaya atılmasıdır. İrançılıq məfkürəsi, milli mübarizədə, dağıdıcı və stratji baxımdan zərərverici bir amil olmaqla, qurtuluşumuz üçün ən böyük maneədir. Dilimizin yasaqlanması, varlığımızın yox edilməsi, tariximizin saxtalaşdırılması, yeraltı sərvətlərimizin talanması, torpaqlarımızın işğal olunmasını biliriksə və bunların səbəbkarının irqçi-irançı düşüncə və onu təmsil edən Tehran rejimi olduğunu biliriksə, o zaman bu həqiqətləri görə görə bu sistem və onun oyunlarına və əlaltılarına inanmaq və hər dəfə bir tuzağına düşmək sadəlövhlük, yaxud köləlik dəyildirmi?

Bizcə millətçi, həm düşməninin, həm də öz millətinin tarixi, kültürü, siyasi və sosiolojisini bilməli, onlara dayanaraq, uyğun strateji və taktiklər seçməlidir. Çünki, düşməni tanımadan və öz millətinin xüsusiyyətlərini incələyib, tədqiq etmədən, başarılı olmaq mümkün deyildir. Rejimin hər bir oyunu ilə həyəcana gəlib, xarici dövlətlərin sözü ilə coşanlar, millətlərinin gücünə və hədəflərinə inanmayan, müstəqil olmayan şəxs və qurumlardılar.

Təəssüflə irançı ideyasını daşıyanlar, mövcüd işğalçıـrasist rejimi, bir neçə qrupa bölüb, birini mühafizəkar, o birini liberalـ reformçu adlandırırlar. Bəlli bir bölümü də rejimin sözdə müxalifətindən möcüzə gözləyirlər. Halbuki, belə görüşlər kökündən qeyr-elmi olub və yanlışdır. Zira reform demokratik hüquq dövlətində əməli ola bilər. Diktator rejimlərdə reform onların yox olması mənasına gəlir. Rejimin bu oyunları yalnız xalqı aldatmaq, cinayətkarـyırtıcı hakmiyyətlərinin ömrünü uzatmaq üçündür.

Fərz edəlim ki, irqçi rejim məcbur qalaraq, sözdə öz qanunları çərçivəsində, dilimizə qoyulan yasağı qaldırdı. Dilimiz azad olsa belə, özümüz və vətənimiz, fars işğalının altında qalacaqdır. İran deyilən yerin sözdə ana yasası çərçivəsində çalışmaq bu əsarətin müddətini uzatmaq deməkdir.

Qəhrəman Azərbaycan türk milləti tarixdən dərs alaraq, ayağa qalxıb, özü və öz taleyinə sahib çıxmalıdır. Millətimiz şəxsləri və siyasi qurumları, sözlərləـ ididalarla yox, bəlkə əməlləri ilə dəyərləndirməlidir. Rejimin bütün cinaytlərinə şərik olub, əli qanlı bu canilər məsləhət və sabahkı çıxarlarını qorumaq üçün sözdə müxalif kimi hərəkət edənələri millətimiz tanıyır, onların günahları bağışlanan deyildir. 40 il millətimizə qan qusduranlar öz əməllərinin cəzasını görəcəklər.

Rədd olsun işğalçı rejim!

Rədd olsun rejimə xidmət edən cinayətkarlar!

Yaşasın milli qurtuluş davamız!

Həmçinin yoxlayın

Ermənistan Təbrizdə konsulluq açacağını təsdiqlədi

GADTB: Ermənistanın Xarici İşlər Nazirliyi azərbaycanlıların tarixi paytaxtı Təbriz şəhərində Baş Konsulluq açacağı barədə xəbəri …

Sayın Mikayil bəy Oyta və Sara xanım Azərsun Sidneydə Türkiyənin Çanaqqalada qələbəsi ilə bağlı Atatürkün abidəsinə gül çələngi qoydular-Şəkil

 GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, bu gün Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) …

Bir cavab yazın