Çərşənbə , Yanvar 1 2025
azfa

Güney Azərbaycanın Makı şəhərində azərbaycanlı tərəfdarlar PJAK terror təşkilatına qarşı şüarlar səsləndirdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanın Makı şəhərində idman yarışı zamanı azərbaycanlı tərəfdarlar PJAK terror təşkilatına qarşı şüarlar səsləndiriblər.

Azərbaycanlı tərəfdarlar oyun zamanı “PJAK-a ölüm” və “Azərbaycan” şüarlarını səsləndiriblər. “PJAK” və ya Hayat Azad Kürdistan – Kürdüstan Fəhlə Partiyasının (PKK) İran qolu olaraq, İran, Türkiyə, Amerika Birləşmiş Ştatları və Yaponiya tərəfindən terror təşkilatı kimi tanınan silahlı kürd millətçi partiyasıdır.

Qeyd edək ki, həmin futzal yarışında “PJAK”ın əleyhinə ölüm şüarının səsləndirilməsinin səbəbləri arasında bu partiyanın Güney Azərbaycan şəhərlərinə ərazi iddiası irəli sürməsi və azərbaycanlıları qətliam etməsi ilə bağlıdır.

https://www.youtube.com/shorts/YA0CUmNIOFQ

Həmçinin yoxlayın

Türk tayfaları arasında Ayaz Ata hekayəti

GADTB: Ayaz Atanın hekayəsi bizə köhnə folklorumuzdan gəlir. Ayaz Ata haqqında çoxlu hekayələr, nağıllar danışılıb. …

Molla rejimin müstəmləkə siyasətinin nəticələrindən; Azərşəhr bölgəsində məktəblərin yarısı istifadəyə yararsızdır

GADTB: Güney Azərbaycanın Azərşəhr bölgəsində məktəblərin yarısı istifadəyə yararsızdır. Bu haqda Azərşəhr şəhərinin başçısı Rza …