Çərşənbə axşamı , May 6 2025
azfa

Güney Azərbaycanın müxtəlif şəhərlərində çoxsaylı etiraz aksiyaları keçirilib

GADTB: Dünən Vərziqanın Əndirgan kəndində qızıl mədəni şirkətinin bir qrup əməkdaşı işdən çıxarılmaları ilə bağlı etiraz aksiyası keçirblər.

Yerli sakin olan 50-yə yaxın şəxs naməlum səbəbdən işdən çıxarılıb.

Eyni zamanda Güney Azərbaycanın Qəzvin əyalətinin pulları mənimsənilən vətəndaşlar yenidən etiraz eyləmi keçirərək Qəzvin-Kərəc avtomobil yolunu bağlayıblar.

Aksiya “Təravət novin xodro” avtomobil şirkəti tərəfindən pulları mənimsənilən 28 min qəzvinlinin bir qrupu tərəfindən keçirilib.

Etirazçılar dövlətin himayəsində olan avtomobil şirkətinin çox sayda vətəndaşın pulunu almasına baxmayaraq, illərdir avtomobillərini təhvil vermədiklərinə görə etiraz ediblər.

Həmçinin “Reyhan Tak” layihəsinin səhmdarları öz haqlarını tələb etmək üçün məhkəmə binasının qarşısənda etiraz aksiyası keçiriblər.

Tehranda isə metal bazarında çalışanlar elektrik enersisinin davamlı olaraq kəsilməsindən hiddətlənərək etiraza qalxıblar.

Həmçinin İran Telekommunikasiya Şirkətinin zəncanlı, həmədanlı və təbrizli təqaüdçüləri də mayın 5-də yenidən ənənəvi həftəlik etiraz eyləmi keçiriblər.

Təqaüdçülər pensiyalarının artırılmamasına, vaxtında ödənilməməsinə və qanunla nəzərdə tutulmuş başqa haqlarının pozulmasına etirazlarını bildiriblər.

Həmçinin yoxlayın

Avstraliya Baş Nazirindən sayın Mikayil Oytaya təşəkkür məktubu-Şəkil

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Avstraliyanın baş naziri Entoni Albanese Güney Azərbaycan Demokratik …

Qərbi Azərbaycandan azərbaycanlıların deportasiya ilə bağlı sənədlər Rusiya arxivlərində

GADTB: Azərbaycanın əzəli torpaqları olan İrəvan, Zəngəzur, Göyçə bu gün müasir Ermənistan ərazisi hesab olunsa …