GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanın müxtəlif şəhərlərində işçilər etiraz aksiyaları keçirib.
Ərdəbildə telekommunikasiya fəaliyyəti ilə məşğul olan şirkətin keçmiş əməkdaşları əlavə sığorta haqlarının dayandırılması səbəbi ilə tətil elan ediblər.
Həmçinin “Behsazan Sənəti Xoy” sellüloz sənayesi şirkətinin bir qrup işçisi əmək qanunvericiliyinə uyğun olaraq maaşlarının verilməməsinə etiraz olaraq aksiya təşkil ediblər. Sosial şəbəkələrdə paylaşılan videoda həmin müəssisənin əməkdaşları onların qarşılarına çıxan müdiri nalayiq ifadələrlə qarşılayıblar.
Bundan başqa, “Sufian Sement” zavodunda yük maşını sürücüləri və fəhlələr məvacibin aşağı olmasına etiraz ediblər.