Cümə axşamı , Oktyabr 15 2026
azfa

Güney Azərbaycanın müxtəlif şəhərlərində Qaşqay türklərinə dəstək şüarı yazılmış vərəqələr paylanılıb

GADTB: Azərbaycan Milli Hərəkatının fəalları eyni vaxtda Təbriz, Tehran, Urmu, Ərdəbil, Zənqan, Kərəc, Qəzvin, Ərak və Həmədan şəhərlərində Qaşqay türklərinə dəstək üçün vərəqələr paylayıblar. Azərbaycanlı milli fəallar vərəqələrdə yazıblar: “Ağır elim, hər zaman yanındayıq!”, “Bizə Azərbaycan nədirsə, Qaşqay da odur!”.

Paylanınal vərəqələrdə Azərbaycan Milli Hərəkatının Qaşqay türklərinə dəstək bəyanatı yer alıb:

“Xorasandan və Türkmən Saharasından Azərbaycana, Xəzər dənizi sahillərindən Kəngər körfəzi sahillərinə və Qaşqaya qədər Böyük Türküstanın hər yerində milli oyanış və öz kimliyinə qayıdış dalğası, bu coğrafiyanın əsl sahibləri olan Türklər arasında sürətlə böyüyür və inkişaf edir. Azərbaycan milli hərəkatının bir qrup fəalı olaraq Türk Qaşqay xalqının milli geyiminin müsadirə olunmasını antitürkçülük və digər millətləri bir-birinə qarşı qoymaq kimi qiymətləndirir və bu əməli pisləməklə yanaşı, Qaşqay tayfasına hərtərəfli dəstəyimizi hər zaman və hər yerdə bəyan edirik. Azərbaycan türk milləti üçün Qaşqayın Azərbaycanla eyni olduğunu söyləməyə ehtiyac yoxdur. Bizə Azərbaycan, nədirsə Qaşqay da odur.” – bəyanatda qeyd edilib.

Qeyd edək ki, dekabrın 21-də Qaşqay Türkləri ikinci dəfə Şiraz əyalətinin qubernatorluğu qarşısına toplaşaraq İran hakimiyyətinin Qaşqay Türklərinin Lerha adlı milli geyimini Lurların adına dövlət qeydiyyatına almaq aksiyasına etiraz ediblər və Azərbaycandan dəstək istəyiblər.

Həmçinin yoxlayın

Urmiya gölü ilə bağlı “Gölün uşaqları” filmi İstanbulda nümayiş olunacaq

GADTB Azərbaycanlı rejissor Məhəmməd Əlimuradinin “Gölün uşaqları” filmi İstanbulda keçiriləcək 20-ci Memarlıq Filmləri Festivalında nümayiş …

ABŞ ordusu İrana qarşı “Bütün bombaların anası”ndan istifadəni nəzərdən keçirir

GADTB: CNN telekanalı ABŞ rəsmilərinə istinadən xəbər verir ki, ABŞ ordusu İrana qarşı gələcək mümkün …