Cümə , Oktyabr 16 2026
azfa

Molla rejimi hicab bəhanəsi ilə güllələdiyi Arzu Bədri iflic edilib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, tanınmış iranlı jurnalist və qadın hüquqları müdafiəçisi Məsid Əlinejad dünən “X” hesabında paylaşım edərək iyul ayında Mazandaran əyalətində polis qüvvələri tərəfindən vurulan əslən Ərdəbildən olan Arzu Bədrinin vəziyyətindən söz açıb.

O, bildirib ki, həkimlərin dediyinə görə, polislərin atəş açması nəticəsində Arzu Bədrinin onurğa sütununa ciddi ziyan dəyib və yəqin ki, 30 yaşlı gənc qadın yeriyə bilməyəcək.

“Arzu xəstəxanadadır və yalnız iflic olması barədə acı xəbərlə üzləşməyib, həm də ailəsinin susması üçün İran hökumətinin təzyiqi altındadır. Bu, İranda qadınların sıxışdırılması və cinsi ayrı-seçkilikdən başqa bir şey deyil. Bu hücum yalnız bir qadın qarşı deyil, həm də məcburi hicaba zorladığə və bir neçə saç telinə görə hədəfə aldığı İslam Respublikasının siyasətinin bir hissəsidir”, – deyə, Əlinejad qeyd edib.

Qeyd edık ki, Arzu Bədri Ərdəbilin Gərmi şəhərindəndir. O, Nur şəhərində (Mazandaran) məcburi hicaba riayət etmədiyi üçün İran İslam Respublikasının polis qüvvələri tərəfindən güllələnmiş və onurğa sümüyü zədələnmişdir.

Həmçinin yoxlayın

Terror təşkilat olan İran Kürdüstanı Demokrat Partiyası Qərbi Azərbaycana qarşı ərazi iddialarını yenidən gündəmə gətirib

GADTB: İran Kürdüstanı Demokrat Partiyasının mərkəzi saytı “Böyük Kürdüstan” adlandırılan ərazinin xəritəsini yenidən yayımlayaraq Qərbi …

İsrail ordusu İrana qarşı məqsədli hücum üçün ən yüksək hazırlıq səviyyəsinə gətirilib

GADTB: “İsrael Hayom” nəşri xəbər verir ki, İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) hərbi təlimlər …