Çərşənbə , Oktyabr 21 2026
azfa

Güney Azərbaycanın Sulduz şəhərində terrorçu və mühacir kürdlər yerli sakinlərə hücum edib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycan Sulduz bölgəsində terrorçu və mühacir kürdlər yenidən yerli azərbaycanlı əhaliyə hücum ediblər.

Avqustun 9-da çəxsi avtomobilləri ilə bağlarına gedən sulduzlu ata və oğlu 4 mühacir kürdün hücumuna məruz qalıb.

Sulduzun Goranabad və Əliabad kəndləri arasında yerləşən bağlarına gedən azərbaycanlı ata və oğula balta, çəkic və başqa soyuq silahlarla silahlanmış kürdlər hücum edərək, onların avtomobillərinə xəsarət yetiriblər.

Hücum edən kürdlərin Üşnü şəhərindən sakini olduğu müəyyənləşib. Hücum edənlər şəxslərdən birinin Ömər, digərinin isə Arəş Məhəmmədpur adlı kürd olduğu bildirilir.

Qeyd edək ki, avqustun 7-də şəxsi zəmində baş verən mübahisəni bəhanə edən mühacir kürdlər və kürd terror təşkilatları Sulduzda təxribat törətməyə cəhd ediblər.

Terrorçu kürdlər “Nəqədə Kürdüstandır” və digər şüarlar səsləndirməklə Azərbaycanın ərazi bütövlüyünə qəsd ediblər. Onlar şəhərin millət vəkilinin əleyhinə də şüarlar səsləndiriblər.

Bundan sonra yerli azərbaycanlı Sulduz gəncləri iğtişaşçılara cavab olaraq küçələrə çıxıb və “Bu torpaqdan pay olmaz, Sulduz Kürdüstan olmaz” şüarları səsləndiriblər. Qarşıdurma zamanı iki nəfərin öldüyü, bir nəfərin ağır yaralandığı bildirilib.

Bunun ardına isə terrorçu kürdlər yerli azərbaycanlılara, o cümlədən 2 gün öncə Sulduzda süpürgəçilərə hücum ediblər.

Həmçinin yoxlayın

Qətər və Pakistan Tehran–Vaşinqton danışıqlarının bərpası üçün plan təklif edib

GADTB: “Əl-Ərəbi əl-Cədid” qəzeti oktyabrın 20-də məlumatlı mənbələrə istinadən xəbər verib ki, Qətər və Pakistan …

Təbrizin Səhənd stadionunda türklərə qarşı irqçiliyə etiraz çağırışı edildi

GADTB: Cənubi Azərbaycanın müxtəlif şəhərlərində fəaliyyət göstərən Traxtur futbol klubunun azarkeş qrupları Ənzəlidə türklərə qarşı …