Şənbə , Aprel 20 2024
azfa

Atəşkəsi pozan Ermənistan Qarabağa hətbiçilər toplamağa başladı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Ermənistandan Qarabağa yenidən əsgər daşındığı haqda məlumatlar yayılıb: 12 “Kamaz”, 3 “Ural” və digər yük maşınları ilə şəxsi heyət rus sülhməramlılarının nəzarət etdiyi bölgələrə daşınır, o cümlədən, mülki geyimli hərbçilər minik avtomobilləri ilə Qarabağa keçir.

Bu, məlum məsələdir, müharibədən sonra rus sülhməramlılarının şərait yaratması ilə Ermənistandan Qarabağa əsgər daşınıb. Proses ötən ilin noyabr-dekabr ayında keçirilən anti-terror əməliyyatından sonra bir qədər səngidi. İndi yenidən aktivləşmə var və bu, Ermənistanın atacağı addımlardan da xəbər verir:

– 10 noyabr razılaşmasının 4-cü bəndinin icrasına qarşı çıxacaqlar;

– Sərhədlərin delimitasiyası prosesinin qarşısını almaq məqsədilə Qarabağda ikinci təxribat cəbhəsini açacaqlar.

Burada diqqətçəkən əsas məqam sülhməramlıların missiyasını yerinə yetirmədiyini təsdiq edən informasiyanın indi – Lavrovun Bakıya zəngindən sonra yayılmasıdır:

1. Lavrov-Bayramov danışıqları ürəkaçan olmayıb: Zəngin Stanislav Zasın İrəvanda KTMT-nin sərhəd məsələsinə müdaxilə mexanizmlərini müzakirə etdiyi vaxt edilməsi də Moskvanın “yeni təkliflər” irəli sürdüyü ehtimalını önə çıxarır;

2. Bayramov üçtərəfli razılaşmaların icrası, xüsusilə erməni qoşunların çıxarılmasını nəzərdə tutun 10 noyabr bəyanatının 4-cü bəndi ilə bağlı Lavrovdan lazımi cavab almayıb.

Və bununla Bakı Moskvaya “rus sülhməramlıları bölgədə missiyasını yerinə yetirə bilmir” mesajını ötürür:

– Rusiya erməni qoşunlarının çıxarılması şərtini yerinə yetirmək əvəzinə, yeni əsgərlərin gəlişinə şərait yaradır;

– Bakının əsas istəklərindən biri Türkiyənin sülhməramlı kontingentində fəaliyyətinin genişləndirilməsidir və Əliyev-Putin görüşündə bu məsələnin qaldırıldığı versiyasını yazmışdıq: görünür, cavab müsbət olmayıb;

– İstəyimizə nail olmaq üçün bu informasiya ilə antiterror əməliyyatı variantı gündəmə gətirilir: ötən il olduğu kimi, yenidən kiçikçaplı əməliyyatın keçirilməsi də istisna deyil.

Həmçinin yoxlayın

Cenevrədə ilk “Türk Həftəsi” keçiriləcək

İsveçrənin Cenevrə şəhərində 22-25 aprel tarixlərində ilk “Türk Həftəsi” keçiriləcək. Türk Dövlətləri Təşkilatı (TDT) tərəfindən …

Erməni işğalında olan Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

GADTB: Qazaxın 4 kəndinin Azərbaycana qaytarılması barədə Ermənistanla razılıq əldə edilib. Bu barədə aprelin 19-da …