Cümə axşamı , Oktyabr 15 2026
azfa

Güney Azərbaycanın Təbriz, Muğan və Zəncan bölgələrində etiraz aksiyası keçirilib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, dünən Şərqi Azərbaycan vilayətinin Telekommunikasiya şirkətinin əməkdaşları minimum əmək haqqının gecikdirilməsinə, vəzifə təsnifat planının yerinə yetirilməməsinə və əvvəlki illərin sığorta haqlarının ödənilməməsinə etiraz olaraq Təbriz şəhərində etiraz aksiyasına başlayıblar.

Çərşənbə axşamı həmçinin Muğan bölgəsinin Sənayeləşmiş Kənd Təsərrüfatı Kompleksinin işçiləri Parsabadda yerləşən bu kompleksin mərkəzi idarə binasının qarşısına toplaşdılar.

Azərbaycanlı işçilər maaşlarının verilməməsinə və əmək haqqının az olmasına etiraz olaraq mitinq keçiriblər.

Etirazçıların dolanışıq və məşğulluq problemlərinə baxılmaması, idarəçilərin səmərəsiz fəaliyyəti və məmurların məsuliyyətsizliyinə etiraz etdikləri bildirilir.

Çərşənbə axşamı həmçinin Zəncan Tibb Elmləri Mənzil Tikinti Kooperativinin bir sıra benefisiarları bu şəhərin ədliyyə binası qarşısına toplaşdılar.

Bu etirazçılar Zəncan Tibb Elmlərinin 1-ci fazasının torpaqları ilə bağlı 25 illik qərarsızlığına etiraz edirlər.

Həmçinin yoxlayın

Tramp: Bəlkə də İran rəhbərlərini öldürməməliydik, artıq kiminlə danışıqlar aparacağımı bilmirəm

GADTB: ABŞ Prezidenti Donald Tramp yenidən bildirib ki, bəlkə də İran İslam Respublikasının bir sıra …

Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) Azərbaycana dəstək bəyanatı yayıb

GADTB: Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) Azərbaycana dəstək bəyanatı yayıb. Bəyanatı olduğu kimi təqdim …