Bazar , Oktyabr 18 2026
azfa

Amerikanın Ermənistandakı səfirliyi bu ölkənin erməni ordusuna təyin etdiyi müşavir barədə məlumat yaydı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, ABŞ-ın Ermənistandakı səfirliyi bu ölkənin erməni ordusuna təyin etdiyi müşavir barədə məlumat yayıb.

Məlumatda bildirilir ki, Vaşinqton Ermənistan Müdafiə Nazirliyinə nümayəndə təyin etməklə İrəvana təhlükəsizlik idarəçiliyinin təkmilləşdirilməsində dəstək vermək niyyətindədir. Bu da öz növbəsində Ermənistan-Amerika münasibətlərinin möhkəmlənməsinə kömək edəcək.

“Mülki məsləhətçi nə ABŞ Silahlı Qüvvələri, nə də Müdafiə Nazirliyi tərəfindən maliyyələşdirilir. Maliyyəni Dövlət Departamenti təmin edir və müşavir Ermənistanın müdafiə institutlarının gücləndirilməsinə köməklik göstərəcək. O, Ermənistanda işləyəcək, səfirlik və Müdafiə Nazirliyi ilə müntəzəm işgüzar əlaqələrə malik olacaq. Mülki müşavirin seçimi başa çatıb və o, bu ilin sonunda işə başlayacaq”, – məlumatda bildirilib.

Həmçinin yoxlayın

Rusiya və Çin İrana yardım etməklə ABŞ-ın müharibədə xərclərini artırmağa çalışıblar

GADTB: İran və ABŞ arasında müharibə artıq yalnız iki köhnə düşmənin qarşıdurması deyil. Raket hücumları …

Türkiyə orduya daha 80 ANKA-3 verəcək

GADTB: Türkiyə mediası məlumat yayıb ki, Türkiyə Silahlı Qüvvələri arsenalına daxil etmək üçün 80 ədəd …