Bazar ertəsi , Oktyabr 26 2026
azfa

Güney Azərbaycanın tarixi adlarının qorunması ilə bağlı çağırış

GADTB: Güney Azərbaycanın şəhər, kənd, dağ, çay və digər coğrafi məkanlarının əhəmiyyətli hissəsinin tarixi adları ötən onilliklər ərzində dəyişdirilib, təhrif olunub və ya farslaşdırılmış formada işlədilib. Bu baxımdan, həmin ərazilərin əsil və tarixi adlarının qorunması və yenidən tanıdılması xüsusi əhəmiyyət daşıyır.

Kampaniyaya baçlayanlar dost və tərəfdarlarını Azərbaycanın şəhər, kənd, məhəllə, dağ, çay və digər coğrafi məkanlarının tarixi və əsil adlarını bildikləri halda redaksiyaya göndərməyə çağırır.

Məqsədimiz imkan daxilində bu adları düzgün tələffüz və yazılış qaydaları ilə qeydə almaq, media materiallarında və digər informasiya məhsullarında istifadə etmək, bununla da Azərbaycanın dil və tarixi irsinin bir hissəsini qoruyaraq gələcək nəsillərə çatdırmaqdır.

Hər hansı adın mənşəyi, tələffüzü və ya düzgün yazılış forması barədə məlumatınız varsa, həmin adı hazırda işlədilən adı ilə birlikdə bizə göndərməyiniz xahiş olunur.

Tarixi adların qorunması bir xalqın tarixi yaddaşının və mədəni kimliyinin qorunmasının mühüm hissəsidir.

Həmçinin yoxlayın

İran-ABŞ arasında vasitəçilik üçün Qətər nümayəndə heyəti Tehrana gedib

GADTB: “Al Araby Al Jadeed” nəşri xəbər verib ki, İran və ABŞ arasında vasitəçilik səyləri …

Mossadın keçmiş rəhbəri: Müharibədən həftələr əvvəl İranın içərisində onlarla agentimiz vardı və heç biri həbs olunmadı

GADTB: Mossadın keçmiş rəhbəri David Barnea bildirib ki, bu təşkilat 1404-cü ilin xordad ayında başlanan …