Şənbə , Oktyabr 24 2026
azfa

İran Trampla «qumar oynayaraq» vaxt uduzur

GADTB: İsrailin Ynet nəşri analitik hesabatında İranın ABŞ prezidenti Donald Trampla danışıqlarda vaxt qazanmağa can atdığını və əldə olunan razılaşmaları sonradan pozaraq vəziyyəti öz xeyrinə dəyişdirməyə çalışdığını yazıb.

Nəşrin məlumatına görə, Fars körfəzindən təxminən 80 milyon barel İran nefti çıxarılıb və dondurulmuş İran aktivlərinin azad edilməsi imkanları araşdırılıb.

Ynet hesab edir ki, İranın razılaşmaları dəfələrlə pozması Trampı diplomatik imkanların tükəndiyi qənaətinə gətirə bilər. Belə olan halda Vaşinqtonda İrana qarşı hərbi əməliyyatların keçirilməsi ilə bağlı siyasi və strateji təzyiqin artacağı, Trampın isə daha geniş kampaniya üçün İsrailə müraciət edə biləcəyi iddia olunur.

Nəşr yazır ki, İran hakimiyyəti hər zaman yeni “mərc” üçün vaxtının olduğunu düşünür, ancaq bu strategiya nəticədə Tehranın geri qaytarılması mümkün olmayan vaxtı itirməsinə səbəb ola bilər.

Həmçinin yoxlayın

Tramp: İndi qərar verməliyik ki, İran İslam Respublikası rejiminin işini bitirək, yoxsa onun tədricən zəifləməsinə imkan verək?

GADTB: Donald Tramp İran İslam Respublikası qarşısında ABŞ-ın hərbi üstünlüyünü vurğulayaraq, Vaşinqtonun bütün məqsədlərinə nail …

Qrossi: Agentlik İranın nüvə fəaliyyətlərini yoxlamağa hazırdır

GADTB: Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) baş direktoru Rafael Qrossi bildirib ki, İranın nüvə fəaliyyətlərinin …