Şənbə , Aprel 20 2024
azfa

Güney Azərbaycanın Xalxal bölgəsinin Miyanrudan kəndinin əhalisi dövlətin ayrıseçkilik siyasətindən şikayətlənirlər-Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanın Xalxal şəhərində Miyanrudan kəndinin əhalisi dövlət rəsmilərinin, eləcə də Məclis nümayəndəsinin onların problemləri ilə maraqlanmamasından şikayət edir.

Kənd əhalisi bildirir ki, artıq 4 aydır ki, torpaq sürüşməsi nəticəsində üç yüzdən çox ailənin yaşadığı kəndin yolu bağlanıb və dövlət bununla bağlı heç bir tədbir görməyib.

Kənd əhalisi problemlə bağlı dəfələrlə şəhər və vilayətdə səlahiyyətli qurumlara müraciət etsələr də nəticə əldə edə bilmədiklərini bildiriblər.

Aidiyyatı qurumlardan heç bir yardım olmadığı üçün kənd əhalisi əlacsız qalaraq əllərində bel və külüng özləri yolu açmaq üçün hadisə yerinə toplaşıblar.

Qeyd edək ki, bölgənin xain və rejimə yaltaq məclis nümayəndəsi Seyid Qəni Nəzəri əhalinin problemləri ilə maraqlanmaq yerinə özünün social şəbəkə səhifələrində Azərbaycanın əlaeyhinə postlar paylaşmaqla məşğuldur.

Həmçinin yoxlayın

Türkiyə Azərbaycan və Ermənistan arasındakı anlaşmanı alqışladı

GADTB: Türkiyə Azərbaycan və Ermənistan arasındakı 4 kəndin qaytarılmasına dair anlaşmanı alqışlayıb. Türkiyə Xarici İşlər …

Molla rejimi həbs etdiyi Kərim İsmayılzadəyə dərmanlarının çatdırılmasına mane olub

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, irqçi fars-molla rejimi Kərim Bokserin dərmanlarının zindanda ona …