Şənbə , Aprel 20 2024
azfa

Ərdəbildə azərbaycanlı siyasi məhbuslara azadlıq tələbilə posterlər yapışdırıldı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanın Ərdəbil şəhərində noyabrın 8-də azərbaycanlı fəallar azərbaycanlı siyasi məhbuslar Əlirza Fərşi və Vədud Əsədiyə azadlıq tələb ediblər.

Azərbaycanlı fəallar bu məqsədlə Əlirza Fərşi və Vədud Əsədinin çox sayda hazırladığı posterlərini şəhər divarlarında və ictimai yerlərə yapışdırıb, həmin siyasi məhbuslara azadlıq tələb ediblər. Beləliklə həm də azərbaycanlı fəallarin qanunsuz həbsinə diqqətin yönəldilməsi nəzərdə tutulub.

Qeyd edək ki, İran rejiminin məmurları oktyabrın 30-da Gilanın Rəşt şəhərində yaşayan azərbaycanlı milli fəal Vədud Əsədinin evinə hücum etmişdi.

Rejimin məmurlar Vədud Əsədini  yaxalayıb və ona aid kompüteri, eləcə də mobil telefonu müsadirə etmişdilər. Məmurlar həmçinin azərbaycanlı fəalın ailə üzvlərinə aid 4 ədəd mobil telefonu da özləri ilə aparmışdılar.

Bundan öncə Vədud Əsədi bir neçə dəfə İran rejiminin məmurları tərəfindən həbs olunub və ya rejimin məmurları tərəfindən təhdidlərə məruz qalmışdı.

Azərbaycanlı fəal İkinci Qarabağ savaşı zamanı da İranın Ermənistana yardımına etiraz etdiyi üçün 13 gün müddətinə yaxalanmışdı.

Əlirza Fərşi 2014-cü ildə isə Əkbər Azad, Behnam Şeyxi və Həmid Mənafi ilə birlikdə Tehranın Bəharistan şəhərində “Dünya Ana Dili Günü” mərasiminə qatıldığı üçün həbs olunmuşdu. Fəal “milli təhlükəsizliyə qarşı qrup və fraksiyalara üzv olmaq” ittihamı ilə Tehran apellyasiya məhkəməsinin 54 saylı şöbəsin tərəfindən iki il həbs, iki il sürgün cəzasına məhkum edilmişdi.

Tehranın İnqilab Məhkəməsinin 26-cı şöbəsində hakim İman Əfşarinin başçılığı ilə Əlirza Fərşiyə 50 ay cəzası çıxarıb. Bundan başqa, fəal Tehran zindanında 2 ay icbari işləmək cəzasına məhkum edilib.

Həmçinin yoxlayın

Cenevrədə ilk “Türk Həftəsi” keçiriləcək

İsveçrənin Cenevrə şəhərində 22-25 aprel tarixlərində ilk “Türk Həftəsi” keçiriləcək. Türk Dövlətləri Təşkilatı (TDT) tərəfindən …

Erməni işğalında olan Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

GADTB: Qazaxın 4 kəndinin Azərbaycana qaytarılması barədə Ermənistanla razılıq əldə edilib. Bu barədə aprelin 19-da …