GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycan Demokratik Türk Birliyinin (GADTB) başqanı sayın Əjdər bəy Tağızadə Müsavat Partiyasından millət vəkilliyinə namizəd, Məhəmməd Əmin Rəsulzadə irsinin araşdırıcısı, tarixçi-professor Nəsiman Yaqublunun keçirdiyi avtomobil qəzasında dünyasını dəyişməsi münasibətilə mərhumun əzizləri və yaxınlarına başsağlığı mesajı ünvanlayıb.
Başsağlığı mesajında deyilir:
“Müsavat Partiyasından millət vəkilliyinə namizəd, Məhəmməd Əmin Rəsulzadə irsinin araşdırıcısı, tarixçi-professor Nəsiman Yaqublunun Zəngilandan seçiciləri ilə görüşdən qayıdarkən keçirdiyi qəzada dünyasını dəyişməsi xəbəri GADTB rəhbərliyi və üzvlərini dərindən sarsdı. Bu böyük itki münasibətilə mərhum Nəsiman Yaqublunun ailəsi, əzizləri və Azərbaycanın vətənprvər zümrəsinə dərin hüznlə başsağlığı verirəm. Tanrıdan mərhumun ailə üzvlərinə səbir diləyirik. Ruhu şad, məkanı cənnət olsun!”
Əjdər Tağızadə
Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) başqanı