Günry Azərbaycanda Azərbaycana dəstək aksiyaları davam edir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İranın fars-molla rejiminin Azərbaycana qarşı düşmənçiliyi qarşısında Güney Azərbaycanın müxtəlif şəhərlərində Azərbaycan Respublikasına dəstək aksiyaları davam edir.

Dünən İran ordusunun Azərbaycan Respublikası ilə sərhəd bölgələrdə keçirdiyi hərbi təlimlərlə eyni vaxtda azərbaycanlı fəallar müxtəlif şüarlar, divar yazıları və sosial şəbəkələrdə başlatdıqları kompaniyalarla Azərbaycan Respublikasına dəstək nümayiş etdiriblər. 

Güney Azərbaycan şəhərlərində divarlara “Yaşasın Azərbaycan Cümhuriyyəti, “Ayağa qalx, Azərbaycan”, “Cənubi Azərbaycan milləti, Azərbaycan ordusunun yanındadır” və s. belə şüarlar yazmaqla Azərbaycan Respublikasına dəstək veriblər.

Eyni zamanda azərbaycanlı fəallar oktyabrın 1-də “Twitter” sosial şəbəkəsində “Biz Azərbaycanın özüyük” adı altında başlatdıqları kampaniya vasitəsilə Azərbaycan Respublikasına qarşı çıxış və təhdidləri pisləyib Azərbaycan Respublikasına dəstək nümayiş etdiriblər.

İranın orduya cəlb etdiyi azərbaycanlı əsgərlər də bozqurd işarəsi ilə Azərbaycana öz dəstəyini ifadə ediblər.

Həmçinin yoxlayın

İran və ABŞ arasında yenidən hərbi qarşıdurma ehtimalı artır

GADTB: ABŞ prezidenti Donald Trump-ın İranın yeni təklifindən narazı olduğunu bildirməsindən bir neçə saat sonra, …

Tramp İranın Hörmüz boğazının açılması təklifini rədd edib

GADTB: İran ABŞ-a Hörmüz boğazının açılması və blokadanın dayandırılmasını nəzərdə tutan təklif təqdim edib. Reuters-in …