Çərşənbə axşamı , May 17 2022
azfa

Həbsdə olan azərbaycanlı fəal İbrahim Nuri mühakimə olunacaq

uri

GADTB-nin Mətbuat Mərkəzinin əldə etdiyi məlumata görə, Tehranın Evin zindanında həbsdə olan azərbaycanlı milli-mədəni fəal İbrahim Nuri mühakimə olunacaq.

Fəal 2018-ci il dekabrın 9-da Evin İnqilab Məhkəməsinin 26-cı şöbəsinə aparılaraq, onun haqqında prokurorluğun məhkəməyə göndərdiyi təqdimat elan olunub.

Rejim azərbaycanlı fəalı şərləyərək, “sistemin əleyhinə təbliğat aparmaq”da ittiham edib. Prokurorluq fəalın əleyhinə irəli sürdüyü ittihama dekabrın 17-də baxılacağı qeyd olunub. Məhkəmə iclasına hakim Əhmədzadə sərdlik edəcək.

Azərbaycanlı fəal hazırda həbsdədir və onun 6 aylıq həbs cəzası 2016-cı ilin Rəməzan ayının son cümə günü yəni Qüds günündə keçirilən aksiyalarla bağlıdır. İbrahim Nuri aksiyada İranın dünya müsəlmanlarına fərqli münasibət bəslədiyinə etiraz edərək, uyğur və Dağlıq Qarabağ müsəlmanlarına dəstək verdiyi üçün rejimin təhlükəsizlik qüvvələri tərəfindən yaxalanıb və şərnərək, “sistemə müxalif olan təşkilat və qrupların xeyirinə olaraq islam cümhuriyyətinə qarşı təbliğat aparmaq” ittihamı ilə mühakimə olunub. Bu ədalətli içinə görə irqçi fars rejimi fəalı 6 ay həbs cəzasına məhkum edib. Bu hökmə görə azərbaycanlı fəal hazırda həbsdədir.

Eyni zamanda bu il Babək Qalası Qurultayı öncəsi azərbaycanlı fəal həbs yaxalanmışdır. İndi isə etmədiyi əmələ görə azərbaycanlı fəal rejim tərəfindən yenidən mühakimə ediləcək.

 

Həmçinin yoxlayın

Enerji və tranzit: Tehran-İrəvan əməkdaşlığının ən mühüm sahələri

GADTB-nin Mətbuat Mərkəzinin “Azad İrana” istinadən yaydığı məlumata görə, İran Ermənistanla əlaqələri və əməkdaşlığını gücləndirir. …

Azərbaycan türkcəsini məhv edən İrandan məktəblərdə “fars dilini qoruma zəngi”-Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, 40 milyondan çox türkün dilini qadağan edib, məhvə …

Bir cavab yazın