Cümə axşamı , Dekabr 8 2022
azfa

Həbsdə olan azərbaycanlı öyrənci fəal Pərisa Rəfii daha 15 ay həbsə məhkum edildi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Evin zindanında həbsdə olan azərbacanlı öyrənci və Tehran Universitetinin həmkarlar ittifaqı fəalı Pərisa Rəfii, Evin Prokurorluğu başçısının yeni iddiada bəraət almasına qarşı etirazının ardından Tehran Apellyasiya Məhkəməsinin 36 saylı şöbəsi tərəfindən 15 ay həbsə məhkum edilib.

Tehran Apellyasiya Məhkəməsinin 36-cı şöbəsi tərəfindən çıxarılan vəkilinə bildirilən bu qərara görə, Pərisa Rəfii “Sistemə qarşı təbliğat” ittihamı ilə 15 ay həbs cəzasına məhkum edilib.

Pərisa Rəfii 2019-cü ilin may ayında İran rejimi tərəfindən həbs edilənlərin ağır vəziyyəti barədə yazdığı açıq məktuba görə mühakimə olunub. Azərbaycanlı tələbə bu məktubda siyasi fəallar, xüsusilə də qadınların İran zindanlarında saxlanıldığı acınacaqlı vəziyyətdən bəhs edərək məhkəmə məmurları tərəfindən bakirəlik testi və edam edilmə ilə təhdid edildiyini yazmışdı.

Qeyd edək ki, bundan əvvəl rejim azərbaycanlı fəalı şərləyərək, Tehran İnqilab Məhkəməsinin 26-cı şöbəsində “Ölkənin təhlükəsizliyini pozmaq məqsədi ilə toplaşmaq”, “Sistemin əleyhinə təbliğat aparmaq” və “ictimai asayişi pozmaq”da günahlandırılaraq 7 il həbs cəzası, eləcə də 74 şallaq zərbəsinə məhkum etmişdi. Bundan əlavə, məhkəmə Rəfiinin 2 il müddətinə ölkədən çıxışına qadağa qoyub və hər hansı siyasi qrupa üzv olmaq hüququndan məhrum etmişdir. Sonralar isə fəal barəsində çıxarılan həbs qərarları bir il həbs ilə əvəz edilib.

Güney Azərbaycanın Zəncan bölgəsindən olan öyrənci 2018-ci il fevralın 25-də təhsil aldığı Tehran Universitetinin qapısının önündə terrorçu Sepahın təhlükəsizlik bölməsinin məmurları tərəfindən yaxalanaraq Evin zindanının 209-cu bölməsinə aparılmışdı. Fəal, 23 gün təkadamlıq kamerada saxlandıqdan sonra martın 19-da mülki vəsiqə qarşılığında zaminə buraxılmışdır.

Həmçinin yoxlayın

GADTB başqanı sayın Əjdər bəy Tağızadənin “Reaksiya TV”-də “Dalana dirənən molla rejimi hansı addımı atacaq?” mövzusunda çıxışı- Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB), Güney Azərbaycan …

İran növbəti dəfə Ermənistana gizli yollarla silahlar göndərdi

GADTB: oktyabr ayında Tehran gizli yolla Ermənistana İran istehsalı olan 600 ədəd raket göndərib. Göndərilən …