Cümə axşamı , Avqust 20 2026
azfa

Həyatı təhlükədə olan azərbaycanlı siyasi məhbuslara azadlıq tələbilə Urmiyada yeni aksiya

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanın Urmiya şəhərində azərbaycanlı siyasi məhbuslar, xüsusilə həyatı təhlükədə olan Abbas Lisaniyə azadlıq tələbilə yeni şüarlar yazılıb.

Azərbaycanlı fəallar Urmiya şəhərinin məhəllələrinin divarlarında bu məqsədlə yazıblar:

 “Mən də abbas Lisaniyəm

Abbas Lisanini azad edin -Urmiya”

Qeyd edək ki, koronavirusun zindanlarda, xüsusilə Ərdəbil zindanın yayılması və azərbaycanlı siyasi məhbusları, o cümlədən Abbas Lisaninin həyatını təhlükəyə salması və rejimin Abbas bəyin müalicəsinə şərait yaratmaması Güney Azərbaycanda etirazlara səbəb olub. Ona görə də son günlər Güney Azərbaycan şəhərlərinin əksərində milli-mədəni fəallar plakard, broşura, qrafit və divarlara yazılmış şüarlarla azərbaycanlı siyasi məhbuslara azadlıq tələb ediblər.

Hgazırda azərbaycanlı siyasi məhbuslar Abbas Lisani, Lətif Həsəni, Əlirza Fərşi, Əli Vasiqi, Rza Vasiqi, Yusif Kari və s. məhbuslar rejimin zindanında qalmaqdadır.

Həmçinin yoxlayın

Trampın İrana qarşı yeni tədbirləri Çinə ciddi xəbərdarlıqdır

GADTB: Nüvə İranına Qarşı Birliyin (UANI) siyasi direktoru Ceyson Brodski ABŞ prezidenti Donald Tramp administrasiyasının …

ABŞ-ın Körfəzdəki yeni aviadaşıyıcısı fəaliyyətə başlayıb

GADTB: ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus “USS George Washington (CVN 73)” aviadaşıyıcısı fəaliyyətə başlayıb. Bu …

Bir cavab yazın