Çərşənbə , May 6 2026
azfa

H.Ruhaninin Urmiya gölünə baxış keçirməməsi Urmiya Gölü Bərpa Qərargahının proqramının uğur qazanmaması ilə bağlıdır

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Urmiyanın məclisdəki millət vəkili Nadir Qazipur H.Ruhaninin Urmiyaya gələrkən gölə baxış keçirməyəcəyinə münasibət bildirərkən deyib ki, H.Ruhaninin Urmiya gölünə baxış keçirməməsi Urmiya Gölü Bərpa Qərargahının proqramının uğur qazanmaması ilə bağlıdır.

Urmiyanın məclisdəki millət vəkili Nadir Qazipur deyib: “H.Ruhaninin səfəri zamanı Urmiya gölünə baxış keçirməməsi, gölün bərpası ilə bağlı aparılan işlərin məğlubiyyətə uğradığını göstərir. Buna səbəb göl haqda qərar verməli olan şəxslərin Urmiya Gölü Bərpa Mərkəzində yer almamasıdır. Gölün dirçəldilməsi üçün çalışan komanda artıq məğlub olub. Lakin Ruhani bunu etiraf etmək istəmir. Biz isə yaxşı dərk etmişik ki, bəziləri “məğlub olduq” sözünü işlədəcək qədər cəsarətli deyil”.

Nadir Qazipur Urmiya Gölü Bərpa Mərkəzini tənqid edərək deyib ki, bu qurumun fəaliyyət uğursuzdur. Mən onu Azərbaycanın Ölümü Mərkəzi adlandırmışam. Təəssüflə bəziləri paytaxtda möhtəşəm binalarda oturub gölün bərpası ilə bağlı qərar qəbul edir. Elə ona görə də qurumun fəaliyyəti məğlubiyyətə uğradı.

Qeyd edək işğalçı fars rejim Azərbaycanla düşmənçilik etdiyi üçün Urmiya gölünü qurudub. Azərbaycan türk millətinin etirazlarından sonra isə gölün bərpasına söz verməyə məcbur olsa da, öz vədinə əməl etmir.

 

Həmçinin yoxlayın

Türkiyənin müdafiə şirkətləri yeni texnologiyaları təqdim edəcək

GADTB: SAHA 2026 tədbirində bəzi texnologiyalar ilk dəfə geniş şəkildə nümayiş etdiriləcək. Türkiyənin PUA istehsalçısı …

Tramp: İranda xalq üçün çoxlu silah göndərmişdik

GADTB: ABŞ prezidenti Donald Trump Amerikanın “Salem” adlı xəbər şəbəkəsinə müsahibəsində İranda xalqa silah göndərildiyini, …

Bir cavab yazın