Cümə axşamı , Oktyabr 15 2026
azfa

Hakan Fidan: “Güclü Türkiye güclü Azərbaycandır, güclü Azərbaycan güclü Türkiyedir”

GADTB: Twrkiy’ Xarici işlər naziri Hakan Fidan Laçın yolunda baş verən hadisələrə münasibət bildirib.

Bu barədə Hakan Fidan Türkiyedə səfərdə olan Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə birgə mətbuat konfransı zamanı “Güclü Türkiye güclü Azərbaycandır, güclü Azərbaycan güclü Türkiyedir” deyib.

H.Fidan bildirib ki, Laçın yolu ilə bağlı Azərbaycana qarşı iddialar haqlı deyil:

“Tibbi keçid təmin edilir, humanitar yardımlar təmin edilir. Laçın yolu Azərbaycan torpağıdır və Azərbaycan hansı tədbiri istəsə, Laçında həyata keçirə bilər”, nazir deyib.

Türkiyenin beynəlxalq aləmi Azərbaycanla Ermənistan arasında danışıqlara mane olmamağa çağıran Hakan Fidan qeyd edib ki, Türkiye normallaşma prosesini tam dəstəkləyir və işğaldan azad olunmuş ərazilərin bərpa prosesində aktiv iştirak edir.

Hakan Fidan əlavə edib ki, normallaşma prosesi bölgənin inkişafı və sabitlik üçün vacibdir.

İki qardaş ölkənin əməkdaşlığının Avropanın enerji təhlükəsizliyinə töhfə verdiyini vurğulayan nazir Fidan onu da deyib ki, bu çərçivədə TANAP və BTC başdadır: “TANAP artıq Avropanın əsas enerji təhlükəsizliyində rol oynayır. TANAP vasitəsilə gələn qazın böyük hissəsi Avropaya gedir. Qışda Avropada qazla bağlı yenə böhran ola bilər. Rusiya-Ukrayna müharibəsi bunu bir daha göstərdi.

Azərbaycanla əlavə qaz həcmi ilə bağlı danışıqlar aparırıq. İmkanlarımızdan istifadə edərək Azərbaycanla ortaq çalışmalarımız davam edir. Bir yandan öz enerji təhlükəsizliyimizi gücləndirməklə Avropanın enerji təhlükəsizliyinə də dəstək vermək səylərimiz davam edəcək”.

Həmçinin yoxlayın

Terror təşkilat olan İran Kürdüstanı Demokrat Partiyası Qərbi Azərbaycana qarşı ərazi iddialarını yenidən gündəmə gətirib

GADTB: İran Kürdüstanı Demokrat Partiyasının mərkəzi saytı “Böyük Kürdüstan” adlandırılan ərazinin xəritəsini yenidən yayımlayaraq Qərbi …

İsrail ordusu İrana qarşı məqsədli hücum üçün ən yüksək hazırlıq səviyyəsinə gətirilib

GADTB: “İsrael Hayom” nəşri xəbər verir ki, İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) hərbi təlimlər …