Bazar ertəsi , Avqust 24 2026
azfa

Urmiya və Təbrizdə Urmiya gölünün qurudulmasına etiraz olaraq divarlara şüarla yazıldı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, dünən Güney Azərbaycanın Urmiya və Təbriz şəhərlərində Urmiya gölünün qurudulmasına etiraz olaraq divarlara şüarla yazılıb.

Azərbaycanlı fəalar, həmin şəhərlərin ictimai məkanlarında divarlara Urmiya gölü ilə bağlı şüarlar yazıblar.

Divarlara “Urmiya gölünün qurudulması hər bir azərbaycanlı üçün faciədir”, “#Urmu_ Araz_ üçün birlik” və başqa bu kimi şüarlar yazılıb.

Qey Qeyd edək ki, son günlər Təbriz, Ərdəbil, Urmu və başqa şəhərlərdə ekologiya və milli-mədəni  sahədə çalışan fəallar yazılı vərəqələr, posterlər yayaraq problemin diqqətdə saxlanılmasına çalışırlar.

Molla rejiminin Güney Azərbaycanda törətdiyi ekoloji fəlakətlə bağlı ictimaiyyəti məlumatlandırmaq və Urmiya gölünün acınacaqlı durumunu vətəndaşların və beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmaq məqsədilə “#Urmu_Araz_Üçün_Birlik” həştəqi altında kampaniyaya start verilib.

Bununla yanaşı müxtəlif aksiyalarla da rejimin Urmiya gölünü qurutmasına qarşı etirazlar baş verir.Ekofəallar bütün azərbaycanlıları gölün məhv olmasının qarşısının alınması məqsədilə kampaniyaya qoşulmağa, Tehran hakimiyyətinin Azərbaycanın təbiət incisini məhv etməsinə imkan verməməyə çağırıblar.d edək ki, faşist-fars molla rejimi Urmiya gölünə tökülən çayların üzərində tikilən və gölün qurumasının əsas səbəbi olan bəndlərin fəaliyyətini dayandırmır.

Həmçinin yoxlayın

Urmiyada azərbaycanlı xanın Sara Hüseynzadənin taleyindən xəbər yoxdur

GADTB: Ailəsinin bir neçə həftədir davam edən narahatlığı və ondan xəbər ala bilməməsindən sonra məlum …

Tanınmış azərbaycanlı fəal Abbas Lisaninin 59-cu doğum gününü həbsxanada keçirdi

GADTB: Avqustun 23-ü Azərbaycanın milli-mədəni fəalı və siyasi məhbus Abbas Lisaninin 59 yaşı tamam oldu. …