Cümə axşamı , Oktyabr 15 2026
azfa

Hakan Fidan Suriyanın şimal-şərq hissəsini işğalda saxlayan kürd qruplaşmasına xəbərdarlıq edib: səbrimiz tükənir

GADTB: Türkiyə Suriya Demokratik Qüvvələrinə qarşı yeni hərbi əməliyyata başlamaq istəmir, lakin səbri tükənir.

Bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan “TRT World”ə müsahibəsində deyib.

Nazir bildirib ki, Suriya hökuməti və SDQ arasında martın 10-da əldə olunan razılaşmanın icrası gecikir və qruplaşma bu razılaşmaya gec olmadan əməl etməlidir.

“Biz sadəcə işlərin dialoq, müzakirələr və sülh yolu ilə irəliləməsinə ümid edirik. Hər kəs razılaşmanın heç bir gecikmə olmadan və təhrif olunmadan icra edilməsini gözləyir”, – Hakan Fidan qeyd edib.

Hakan Fidanın bu açıqlamalarından əvvəl Suriya hökuməti SDQ-yə Suriya ordusu ilə inteqrasiya üçün yekun təklif olaraq 13 maddəlik bir plan təqdim edib.

Həmçinin yoxlayın

Urmiya gölü ilə bağlı “Gölün uşaqları” filmi İstanbulda nümayiş olunacaq

GADTB Azərbaycanlı rejissor Məhəmməd Əlimuradinin “Gölün uşaqları” filmi İstanbulda keçiriləcək 20-ci Memarlıq Filmləri Festivalında nümayiş …

ABŞ ordusu İrana qarşı “Bütün bombaların anası”ndan istifadəni nəzərdən keçirir

GADTB: CNN telekanalı ABŞ rəsmilərinə istinadən xəbər verir ki, ABŞ ordusu İrana qarşı gələcək mümkün …