Çərşənbə , Noyabr 11 2026
azfa

Molla rejimin həbs etdiyi azərbaycan milli fəalı İbrahim Asimani Azəroğludan hələ də xəbər yoxdur

GADTB: Təbriz sakini, Azərbaycan milli hərəkatının fəalı İbrahim Asimani Azəroğlu 12 Azər 1404-cü il tarixində, çərşənbə günü saat 11:00 radələrində molla rejimin Kəşfiyyat Nazirliyinə bağlı qüvvələr tərəfindən saxlanılaraq naməlum yerə aparılıb və o vaxtdan etibarən tam xəbərsizlik vəziyyətindədir. Saxlanılmasından iki həftədən çox vaxt keçməsinə baxmayaraq, onun harada saxlanıldığı, sağlıq durumu və irəli sürülən ittihamlarla bağlı heç bir məlumat açıqlanmayıb.

Bu gün – cümə axşamı, 27 Azər 1404-cü il tarixində fəalın ailəsi dördüncü dəfə Təbrizdə rejimin Kəşfiyyat İdarəsinə müraciət edib. Lakin təkrar müraciətlərə baxmayaraq, sözügedən qurum tərəfindən onlara aydın və konkret cavab verilməyib. Davam edən bu cavabsızlıq Asmani Azəroğlunun ailəsi və yaxınları arasında ciddi narahatlıq yaradıb.

Qeyd edək ki, 1343-cü il təvəllüdlü İbrahim Asmani Azəroğlu daha əvvəl də milli və vətəndaş fəallığı səbəbilə bir neçə dəfə çağırılma, saxlanılma və məhkəmə qərarları ilə üzləşib. Onun son saxlanılması, bundan bir neçə gün əvvəl Evin həbsxanasında saxlanılan azərbaycanlı fəallara dəstək məqsədi daşıyan “Bir nəfər hamı üçün, hamı bir nəfər üçün” kampaniyasını dəstəklədiyini açıqlayan bəyanat yaymasından sonra baş verib.

Həmçinin yoxlayın

İran uranın zənginləşdirilməsini həmişəlik dayandırmalıdır

GADTB: İran nəhayət anlamalıdır ki, uranın zənginləşdirilməsi proqramından “birdəfəlik və həmişəlik” imtina etməli, nüvə silahı …

İsrail Xarici İşlər Nazirliyi: İran İslam Respublikası rejiminin təhlükəsi Yaxın Şərqdən çox-çox uzaqlara yayılır

GADTB: İsrail Xarici İşlər Nazirliyi noyabrın 10-da, çərşənbə axşamı günü sosial şəbəkə “X”-də yaydığı bəyanatda …