Cümə , Yanvar 10 2025
azfa

Hakan Fidan YPG-nin Fransa ordusunu Suriyanın şimal sərhədinə yerləşdirməklə bağlı çağırışına münasibət bildirib

GADTB: Bəzi kiçik Avropa ölkələri Amerikanın çətiri altında olmaqdan heç nə qazanmır.

Bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan yerli və beynəlxalq media nümayəndələri üçün keçirilən brifinqdə Fransanın Suriyaya hərbçi göndərməsi üçün YPG-nin çağırışı ilə bağlı suala cavabında deyib.

Nazir bildirib ki, Türkiyənin tərəfdaşı ABŞ-dır: “Bəzi kiçik Avropa ölkələri Amerikanın çətiri altında olmaqdan heç nə qazanmır. Gəlin onların regionda ABŞ olmadan fəaliyyət göstərdiyini görək. Bizim tərəfdaşımız ABŞ-dır, başqaları ilə məşğul olmuruq. Fransa hərəkətə keçmək istəyirsə, öz terrorçu vətəndaşlarını mühakimə etməli və həbs etməlidir”.

Həmçinin yoxlayın

Təbrizdə icazınin olmasına baxmayaraq polis xanımların stadiona daxil olmasına mane olur

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Təbriz İdman İdarəsinin xanımların basketbol yarışlarında iştirakına icazə …

Molla rejimin uzunmüddətli həbsə məhkum etdiyi azərbaycanlı fəalların işi Apellyasiya Məhkəməsinə göndərilib

GADTB: Almaniyada olan aərbaycanlı vəkil Sina Yusifi özünün X səhifəsində Tehran İnqilab Məhkəməsinin 15-ci şöbəsində …