Bazar ertəsi , Oktyabr 26 2026
azfa

Heç bir dərslik olmasa da təhsil ocaqlarında həftədə 2 saat türk dili tədris olunacağı söylənilir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanda hələlik məktəblərdə türk dilinin tədrisi ilə bağlı dərslik təqdim edilməsə də, Şərqi Azərbaycan valisi Məhəmmədrza Purməhəmmədi təhsil ocaqlarının açılışı günündən vilayətin bir neçə məktəbində türk dili və ədəbiyyatının tədris olunacağını bildirib.

Vali deyib: “Sentyabrın 23-dən vilayətin bir neçə məktəbində türk dili və ədəbiyyatı tədris olunacaq. Fars dili ölkəni birləşdirən rəsmi dildir. Lakin ana dilinin tədris olunması da konstitusiyada qeyd olunub, ölkənin yüksək rütbəli vəzifəli şəxsləri də məktəblərdə ana dilinin tədris olunması ilə razıdır”.

Vali türk dilinin həftədə 2 saat tədris olunmasını elan etsə də, şagirdlərin bu dildə təhsil almasına qarşı olduğunu bu cümlələrlə dilə gətirib: “Mən ana dilində təhsil almaq deyil, amma ana dilinin tədris olunmasını hər zaman müdafiə etmişəm. Məktəblərdə türk dilinin tədrisinə başlanılması ilə bəzi insanların müəyyən hədəflərə yönəlmiş təhdid və bəhanələrinin qarşısı da alınacaq”. Rejimin rəsmilərinin belə mövqe sərgiləməsi özü onların səmimi olmadığını və yalnız Azərbaycan Türk millətinin öz hüquqları uğrunda mübarizəni zəiflətmək məqsədi gütdüyünü sübut edir.

Həmçinin yoxlayın

İran-ABŞ arasında vasitəçilik üçün Qətər nümayəndə heyəti Tehrana gedib

GADTB: “Al Araby Al Jadeed” nəşri xəbər verib ki, İran və ABŞ arasında vasitəçilik səyləri …

Mossadın keçmiş rəhbəri: Müharibədən həftələr əvvəl İranın içərisində onlarla agentimiz vardı və heç biri həbs olunmadı

GADTB: Mossadın keçmiş rəhbəri David Barnea bildirib ki, bu təşkilat 1404-cü ilin xordad ayında başlanan …

Bir cavab yazın