GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Azərbaycan prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev özünün Tvitterdəki səhifəsində ermənilərin saxtakarlığını üzə çıxarıb.
Hikmət Hacıyev sosial şəbəkədəki hesabında iki foto paylaşaraq, düşmənin saxta təbliğatını ifşa edib.
“Foto 1: Azərbaycanın Tərtər rayonunun Ələsgərli kəndi Ermənistan tərəfindən atəşə tutuldu. Günün fotosu kimi paylaşdım. Erməni “Smerç” raketinin mühərrik hissəsi masaya düşüb və yerə girib.
Foto 2: Uğursuz erməni saxtakarlığı. Onlar hətta hörümçək torunu təmizləməyi belə unudublar”, – deyə Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri sosial şəbəkədə yazıb.