Bazar , Dekabr 22 2024
azfa

Hindistan Ermənistana təhlükəli silahlar verir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Hindistan avqust ayında Ermənistana altı ədəd 155 mm-lik ATAGS artilleriya sistemi təhvil verib.

Bu barədə “Indian Defense Research Wing” nəşri yazıb.

Nəşrin məlumatına görə, artilleriya sistemlərini istehsal edən “Bharat Forge” şirkətinin icraçı direktoru məlumatı təsdiq edib.

Müqavilə növbəti üç il ərzində əlavə 84 haubitsanın mərhələli şəkildə çatdırılmasını nəzərdə tutur. Sövdələşmənin dəyəri 155 milyon dollardır. O da bildirilir ki, Hindistan sifarişləri vaxtından əvvəl çatdırmağı planlaşdırır.

Məqalədə iddia edilir ki, Ermənistan ordusu artilleriya sistemlərini sifariş verməzdən əvvəl Hindistan ordusunun Poxran poliqonunda onları sınaqdan keçirib. Sınaqlar iki ay davam edib.

Artilleriya sistemini Hindistanın “Bharat Forge Ltd” şirkətinin törəməsi olan “Kalyani Strategic Systems Ltd” istehsal edir. Yedəkdə daşınan qurğular 48 km-lik hədəfi vura bilir.

Qeyd edək ki, bundan əvvəl mətbuatda Hindistanın Ermənistana “Pinaka” reaktiv yaylım atəş sistemləri tədarük edəcəyi barədə məlumatlar yayılıb. Vətən müharibəsindən əvvəl isə Ermənistan bu ölkədən Ermənistan Hindistandan “Swathi” atəş yeri aşkarlama radarları alıb.

Xatırladaq ki, bir neçə ay öncə mətbuatda Hindistanın İran üzərindən Ermənistana silah daşıması barədə görüntülər yayılıb. İyulun 26-da Azərbaycan Respublikası Prezidentinin köməkçisi-Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Hindistanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Sridharan Madhusudhanan ilə görüşüb. Görüşdə Hikmət Hacıyev Ermənistan ilə Hindistan arasında hərbi əməkdaşlığın dərinləşməsi və bu xüsusda son günlər mediada Hindistan istehsalı olan silah sistemlərinin İran vasitəsilə Ermənistana daşınması barədə foto və videoların yayılmasının Azərbaycan tərəfində narahatlıq doğurduğunu bildirib. Prezident Administrasiyasının rəsmisi vurğulayıb ki, Azərbaycanın Ermənistanla sülh sazişi üzrə danışıqlar apardığı bir vaxtda Hindistanın bu ölkəyə öldürücü silahlar tədarük etməsi Ermənistanın militarizasiyasına və vəziyyətin gərginləşməsinə yol açır və Cənubi Qafqaz regionunda davamlı sülhün və təhlükəsizliyin bərqərar olmasına maneələr törədir.

Həmçinin yoxlayın

Pezeşkian dəyərsizləşmiş rialı dəyişir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Pezeşkian İranda puldan 4 sıfırın silinməsi və rialın …

Zülmə məruz qalan Qaşqay türkləri Güney Azərbaycandan dəstək istədilər

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Qaşqay türkləri geyim və mədəniyyətlərinə qarşı tətbiq edilən …