Çərşənbə , Avqust 12 2026
azfa

Höccət Muxtarzadə rejimin ETTELAAT İdarəsindən Təbrizdə zindana köçürüldü

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejimin yaxaladığı azərbaycanlı milli-mədəni fəal Höccət Muxtarzadə rejimin ETTELAAT İdarəsindən Təbrizdə zindana köçürüldü

 Azərbaycanlı fəalın noyabrın 30-da Təbrizdə rejimin ETTELAAT İdarəsindən rejimin Təbrizdə zindanına köçürüldüyü və zaminə buraxılması üçün mülki vəsiqə qərarı çıxarıldığı bildirilir.

Qeyd edək ki, azərbaycanlı fəal noyabrın 17-də irqçi fars rejimin ETTELAAT məmuraları tərəfindən öz iş yerində yaxalanıb.

Höccət Muxtarzadə bundan əvvəl də Azərbaycan türk millətinin demokratik və milli hüquqları uğrunda apardığı mədəni mübarizəyə görə dəfələrlə yaxalanaraq, həbs edilib və müxtəlif təzyiqlərə məruz qalıb.

Son etirazlarda isə çox sayda azərbaycanlı fəal yaxalanıb. onlardan yalnız bir hissəsinin adlarını müəyyənləşdirmək mümkün olub.

Həmçinin yoxlayın

ABŞ senatoru; İran rejiminin Hörmüz boğazı yaxınlığındakı qalıq hərbi imkanları məhv edilməlidir

GADTB: ABŞ Senatının respublikaçı üzvü, senator Tom Koton İran rejiminin rəhbərləri ilə məqbul bir razılaşmanın …

Mossadın keçmiş rəhbəri: Fordo nüvə obyektinə bir neçə dəfə baş çəkmişəm

GADTB: Mossadın keçmiş rəhbəri Yossi Kohen İranın Fordo nüvə obyektinə keçmişdə bir neçə dəfə baş …

Bir cavab yazın