Şənbə , Sentyabr 24 2022
azfa

Hollandiya parlamenti Çinin uyğur türklərinə qarşı soyqırımını tanıdı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Hollandiyanın Nümayəndələr Palatasının əksəriyyəti Çində uyğur türklərinə qarşı insan hüquqları kobud çəkildə pozuntularını “soyqırım” kimi tanıdı. Hollandiya Parlamenti Avropada ilk olaraq Çini soyqırımda günahlandırdı.

Daha əvvəl ABŞ və Kanada tərəfindən qəbul edilən, Çinin Uyğur Türklərinə zülmünü soyqırımı kimi qəbul etmək təklifinə, cümə axşamı günü Hollandiyanın Nümayəndələr Palatası tərəfindən səs verildi.

Baş nazir Mark Rutte’nin rəhbərlik etdiyi Xalq Azadlığı və Demokratiya Partiyası və aşırı sağ partiyalar tərəfindən dəstəklənməyən təklif, xristian partiyaların, liberal və sol müxalifətin səsləri ilə qəbul edildi.

Hollandiya Parlamenti, Çinin Uyğur Türklərinə etdiyi cinayəti soyqırımı kimi tanıyan Avropada ilk parlament oldu.

İnsan haqları təşkilatları, Çinin son bir neçə ildə Sincan Uyğur Muxtar Bölegsində (Şərqi Türküstanda) qəsdən fiziki ziyan vurmaq və qadınların qısırlaşdırılması və abort yolu ilə doğumunun qarşısını almaq kimi siyasətlərlə yanaşı ən azı bir milyon Uyğuru saxladığını söyləyirlər.

Həmçinin yoxlayın

Azərbaycanlı fəal Mehdi Həmidi Şəfiq Sepah-ın təcridxanasına köçürülüb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejim yaxaladığı azərbaycanlı milli-mədəni fəal Mehdi …

Türkiyənin ilk yerli qırıcısının istehsal tarixi açıqlandı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Türkiyənin istehsal etdiyi milli döyüş təyyarəsinin (MMU) ilk …