Şənbə , Fevral 22 2025
azfa

Human Rights Watch: “İran azərbaycanlıı fəallara qarşı ittihamları ləğv etməli və onları sərbəst buraxmalıdır”

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, “Human Rights Watch” Təşkilatı dünən İran hökumətini həbs etdiyi azərbaycanlı fəallar barəsindəki bütün əsassız ittihamları ləğv etməyə və onları sərbəst buraxmağa çağırıb.

Təşkilat bəyanat yayaraq, azərbaycanlı fəallara qarşı Apellyasiya Məhkəməsi tərəfindən qüvvədə saxlanılan hökmlərin qəddar hakim Əbülqasım Sələvati tərəfindən icrasına toxunub və bildirib ki, bu repressiya vətəndaş cəmiyyətini əzmək və etnik qrupların hüquqlarını tələb etməsinə mane olmaq məqsədi güdür.

Qeyd olunub ki, ən azı 20 azərbaycanlı mədəni fəal 2023-cü ilin dekabrında Urmiya, Binab, Ərdəbil, Təbriz və Kərəc şəhərlərində həbs edilib və “rejimə qarşı təbliğat”, “toplaşma və sövdələşmə” və “casusluq” ittihamları ilə mühakimə olunub. Human Rights Watch təşkilatının hesabatına görə, İran İnqilab Məhkəməsi azı 24 azərbaycanlı fəala ağır həbs cəzası verib. Tehran Apellyasiya Məhkəməsinin 36-cı şöbəsi də bu fəallardan 10 nəfərə Tehran İslam İnqilabı Məhkəməsinin 15-ci şöbəsində hakim Əbulqasim Sələvati tərəfindən verilən ağır hökmləri təsdiqləyib. Bu şəxslər “rejim əleyhinə təbliğat”, “milli təhlükəsizliyə qarşı hərəkət etmək məqsədi ilə toplaşmaq və sövdələşmə” və “casusluq” kimi ittihamlarla 3 ildən 14 ilədək həbs cəzasına məhkum ediliblər.

Həmçinin yoxlayın

Qəzvində Kürün kəndnin sakinlərindən bəyənilən addım

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanın Qəzvin bölgəsində Kürün kəndinin sakinləri kəndin …

Urmiya gölünün peyk görüntüsü; Buludlar göldən yan keçir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, NASA-nın  dünın yaydığı Urmiya gölünün son görüntüsü göstərir …