Çərşənbə axşamı , Noyabr 10 2026
azfa

İranın BMT-dəki nümayəndəsi: “Uranı zənginləşdirmək bizim hüququmuzdur”

GADTB: İranın BMT-dəki nümayəndəsi Səid İrəvani BMT Təhlükəsizlik Şurasının  iclasında bildirib ki, İslam Respublikası istənilən ədalətli və mənalı danışıqları alqışlayır, lakin “sıfır zənginləşdirmə” siyasətində israr etmək Nüvə Silahlarının Yayılmaması Müqaviləsi üzvlərinin qanuni hüquqlarına ziddir.

 Əvvəlcədən müəyyən edilmiş siyasətlərin zorakı tətbiqi ədalətli danışıqlar demək deyil və İran təzyiq və hədə-qorxuya təslim olmayacaq, beynəlxalq aləmdə təhdid və şantaj olunmasına imkan verməyəcək.

Morqan Ortaqus 🇺🇸 Donald Trampın hər iki prezidentlik müddəti ərzində ABŞ-nin Tehrana diplomatik yol açdığını qeyd edərək, İranın nümayəndəsinə Vaşinqtonun əsas mövqeyinin İran daxilində hər hansı bir zənginləşmənin qarşısını almaq olduğunu vurğulayaraq xəbərdarlıq tonu ilə Səid İrəvaniyə diplomatik təklifləri görməməzlikdən gəlmək əvəzinə, “əlini oda tutmaqdan” uzaq durmağı və  Trampın Tehrana uzatdığı diplomatik əlini qəbul etməyi tapşırıb./ Azad İran

Həmçinin yoxlayın

İran uranın zənginləşdirilməsini həmişəlik dayandırmalıdır

GADTB: İran nəhayət anlamalıdır ki, uranın zənginləşdirilməsi proqramından “birdəfəlik və həmişəlik” imtina etməli, nüvə silahı …

İsrail Xarici İşlər Nazirliyi: İran İslam Respublikası rejiminin təhlükəsi Yaxın Şərqdən çox-çox uzaqlara yayılır

GADTB: İsrail Xarici İşlər Nazirliyi noyabrın 10-da, çərşənbə axşamı günü sosial şəbəkə “X”-də yaydığı bəyanatda …