Cümə , İyul 17 2026
azfa

İbrahim Asimaninin Təbriz Mərkəzi Həbsxanasında qeyri-müəyyən vəziyyətdə saxlanılması davam edir

GADTB: Azərbaycanlı fəallardan olan İbrahim Asimani dünən 13 dey tarixində həbsinin ikinci ayına daxil olub. Həbsindən bir aydan artıq vaxt keçməsinə baxmayaraq, iş üzrə müstəntiq onun üçün zaminə buraxılma (vəsatət) qərarı verməkdən imtina edir.

Asimaninin ailəsi onun saxlanılma vəziyyəti və həbsinin səbəbləri ilə bağlı məlumat almaq məqsədilə Təbriz Ümumi və İnqilab Prokurorluğuna dəfələrlə müraciət etsə də, indiyədək aydın və konkret cavab əldə edə bilməyib. Məhkəmə orqanları isə bu müraciətlərə cavab olaraq, məlumatlarının olmadığını bildirir və şəffaf izahat verməkdən yayınırlar.

Qeyd edək ki, İbrahim Asimani 12 azər 1404-cü il, çərşənbə günü saat təxminən 11:00 radələrində, İnformasiya Nazirliyinə bağlı qüvvələr tərəfindən məhkəmə qərarı təqdim edilmədən saxlanılaraq naməlum yerə aparılıb. Saxlanılma zamanı təhlükəsizlik qüvvələri onun mobil telefonunu, bir sıra kitablarını və şəxsi əşyalarının bir hissəsini də müsadirə ediblər.

O, həbsindən təxminən üç həftə sonra, 2 dey 1404-cü il, çərşənbə axşamı, Təbriz Mərkəzi Həbsxanasına köçürülüb.

Həmçinin yoxlayın

İranda dolların məzənnəsi 191 min tümənə yüksəlib

GADTB: İran ilə ABŞ arasında Yaxın Şərqdə davam edən yeni hərbi qarşıdurma fonunda, cümə günü, …

Molla rejimi Hörmüz boğazında daha bir gəmini vurub

GADTB: Bu gün molla rejimin Sepah terror təşkilatı Hörmüz boğazında daha bir gəmini vurulub. Britaniyanın …