Cümə axşamı , Sentyabr 17 2026
azfa

Azərbaycanlı körpəyə mübarizədən sonra “Əlihan” adına şəxsiyyət vəsiqəsi almaq mümkün olub

GADTB: Azərbaycanlı körpə “Əlihan” üç ay sonra sülh məhkəməsinin qərarı ilə doğum şəhadətnaməsi (şəxsiyyət vəsiqəsi) alıb. Ərdəbil Vətəndaşlıq Qeydiyyatı İdarəsinin etirazına baxmayaraq, “Əlihan”ın valideynləri bu quruma qarşı hüquqi iddia qaldıraraq, övladları üçün öz seçdikləri adla şəxsiyyət vəsiqəsi ala biliblər.

Ərdəbil Sülh Məhkəməsi qərarında vurğulayıb ki, “şəxslərin adları ilə bağlı hər hansı məcburi qaydalar onların şəxsi hüquqlarına müdaxilə sayılır”. Bu əsasla məhkəmə Ərdəbil Vətəndaşlıq Qeydiyyatı İdarəsini valideynlərin seçdiyi “Əlihan” adı ilə şəxsiyyət vəsiqəsi verməyə məcbur edib.

“Balamin Adı” kampaniyası xəbəri yayaraq, Əlihanın atası Həmid Pakruha istinadən bildirib ki, Ərdəbil Vətəndaşlıq Qeydiyyatı İdarəsi “xarici adların istifadəsinin qadağan olunması” qanununa əsaslanaraq “Əlihan” adını “xarici ad” kimi qiymətləndirib və bu adla şəxsiyyət vəsiqəsi verməkdən imtina edib.

Valideynlər hüquqi mübarizəyə başlayaraq, nəticədə qeydiyyat idarəsinin məhkum edilməsinə və öz seçdikləri adla şəxsiyyət vəsiqəsinin verilməsinə nail olublar. Həmid Pakruh həmçinin “Balamin Adı” kampaniyasına bildirib ki, “Ərdəbil Vətəndaşlıq Qeydiyyatı İdarəsi məhkəmənin qəti qərarına baxmayaraq, Tehranla yazışma bəhanəsi ilə şəxsiyyət vəsiqəsinin verilməsini daha 15 gün gecikdirib və sonda üç aydan sonra ‘Əlihan’ adını rəsmən qeydiyyata alıb.”

Həmçinin yoxlayın

BMT Baş katibi: Hörmüz və Babülməndab boğazlarında gəmiçilik azadlığı tam təmin edilməlidir

GADTB: Birləşmiş Millətlər Təşkilatının Baş katibi Antonio Quttereş sentyabrın 16-da, BMT Baş Assambleyasının başlamasından əvvəl …

Rusiya İrana ABŞ obyektlərini vurmaq üçün kəşfiyyat məlumatları verib

GADTB: CNN iki amerikalı rəsmiyə istinadən yazıb ki, Rusiya İranın ABŞ-a məxsus obyektlərinə zərbələr endirməsi …