Cümə axşamı , Oktyabr 22 2026
azfa

İllərlə həbs və sürgündən sonra azərbaycanlı fəal Siyamək Mirzai öz vətəninə qayıtdı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, tanınmış azərbaycanlı milli-mədəni fəal Siyamək Mirzayi 40 aylıq həbs və sürgündən sonra öz doğma vətəni və evinə qayıdıb.

Azərbaycanlı fəalın 3 illik həbsdən sonra o 3 aylıq sürgün müddətinin başa çatdıqdan sonra oktyabrın 29-da həyat yoldaşı Vəhidə Kərimi ilə birlikdə evinə döndüyü bildirilir.

Rejimin azərbaycanlı fəalı mədəni fəaliyyəti üçün Tehranın Evin zindanında 3 illik həbsdə saxlamış, daha sonra isə onu Cənubi Xorasanın Qain şəhərinə sürgünə göndərmişdir.

Öz vətəninə dönən azərbaycanlı fəal Güney Azərbaycanda fəallar tərəfindən qarşılanmışdır.

Həmçinin yoxlayın

Şərqi Türküstanda ana dilində danışdıqlarına görə təxminən 100 uyğur polis əməkdaşı işdən çıxarılıb

GADTB: “Azad Avropa Radiosu”nun 16 oktyabr 2026-cı il tarixli məlumatına görə, Şərqi Türküstanın Qulca şəhərində …

Tom Tugenhat: Britaniyada Əraqçiyə tribun verilir, halbuki İranda insanlar eyni hüquqa sahib olmaq uğrunda öldürülür

GADTB: Britaniya parlamentində Mühafizəkarlar Partiyasının deputatı və ölkənin keçmiş təhlükəsizlik naziri Tom Tugenhat Abbas Əraqçinin …

Bir cavab yazın