Bazar ertəsi , Noyabr 28 2022
azfa

İngiltərə ABŞ PUA-ları yerinə Türkiyədən Bayraqdar almağa qərar verdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, II Qarabağ müharibəsində Ermənistana ağır zərbələr endirən və döyüşün gedişatına ciddi təsir edən “Bayraktar”lar Avropa ölkələrini hərbi strategiyada dəyişiklik etməyə məcbur edib.

Artıq İngiltərə “Bayraktar”lara elçi düşüb.

İngiltərənin Müdafiə naziri Ben Uollas bildirib ki, Türkiyə SİHA-ları müasir müharibədə çığır açan silahlardır.

O, ABŞ-dan “Protector”lar almaq əvəzinə Türkiyədə “Bayraktar” almaq istədiklərini qeyd edib.

O, həmçinin Dağlıq Qarabağda istifadə olunan “Bayraktar”ın artıq müharibələrin gedişatını dəyişdirdiyini və kiçik ölçüsü, asan istifadəsi və ucuzluğu səbəbindən ona üstünlük verildiyini qeyd edib.

Almaniya isə böyük həcmli pilotsuz təyyarələrə üstünlük verdiyi üçün peşmandır. Artıq alman müdafiə sənayesi kiçik çaplı pilotsuz təyyarələrin istehsalına yenidən başlamaq üzərində müzakirə aparır.

Sözcü qəzeti yazır ki, Qərb mütəxəssisləri Dağlıq Qarabağ müharibəsini pilotsuz təyyarələrin nəticəni həll edən ilk müharibə kimi dəyərləndirirlər.

Həmçinin yoxlayın

Terrorçu molla rejimindən Azərbaycan dövləti və azərbaycanlı fəallara qarşı böhtan

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, dünyada terrorla ad çıxaran molla rejimi və onun …

Molla rejiminin Tarixi Abidələri Bərpa İdarəsi Təbrizdə tarixi abidəni dağıdıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, molla rejiminin Tarixi Abidələri Bərpa İdarəsi Təbrizdə tarixi …