Çərşənbə axşamı , May 13 2025
azfa

İngiltərə Hörmüz boğazına yeni gəmisini göndərib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İngiltərə irqçi fars rejimin quldurluğuna qarşı Hörmüz boğazına yeni gəmisini göndərib. “HMS Duncan” adlı gəmi artıq boğazın sularındadır.

İngiltərə Müdafiə Nazirliyindən verilən yazılı açıqlamaya görə, kral donanmasının gəmisi İngiltərə bayraqlı gəmilərin boğazda təhlükəsiz hərəkət edə bilməsi üçün “HMS Montrose” gəmisi ilə birlikdə işləyəcək. “HMS Duncan” səlahiyyətləri bu ilin avqusta ayında başa çatacaq “HMS Montrose”dən sonra da göndərildiyi yerdə qalacaq. “HMS Montrose” Yaxın Şərqdəki vəzifəsini 2022-ci ilə qədər davam etdirəcək.

Açıqlamada “HMS Kent” adlı digər bir gəminin bu ilin sonunda Hörmüzə göndəriləcəyi və “HMS Duncan”ın geri çağırılacağı da qeyd edilib.

Qeyd edək ki, İngiltərənin asılılığında olan Cəbəllütariq Suriyaya tətbiq edilən sanksiyaları pozmaqda ittiham etdiyi İranın “Grace 1” neft tankerini 4 iyulda girov götürüb. İran hökuməti isə tankerin sərbəst buraxılmasını, əks halda, sərt cavab verəcəklərini açıqlayıb. İnqilab Keşikçiləri Korpusu 19 iyulda İngiltərə bayraqlı “Steno İmpero” neft tankerini saxlayıb. İndisə Tehran və London bir-birilərini dənzi quldurluğunda ittiham edir.

Həmçinin yoxlayın

Tehran kitab sərgisində Dədə Qorqud kitabının satışına qadağa qoyulub

GADTB: İrqçi fars-molla rejimi Tehran kitab sərgisində Dədə Qorqud kitabının satışına qadağa qoyub. Bu haqda …

Molla rejimi Güney Azərbaycanda “Yaylıq” nəşriyyatının fəaliyyəti qadağan etdi

GADTB: İrqçi fars-molla rejimin Ərdəbildəki ETTELAAT İdarəsi bu şəhərdə fəaliyyət göstərən “Yaylıq” nəşriyyatının fəaliyyətinə qadağa …

Bir cavab yazın