Cümə axşamı , İyun 30 2022
azfa

İrəvanda etirazçılar Prezident Administrasiyasının girişini bağladılar-Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, erməni müxalifəti səhər saatlarından etibarən İrəvanda növbəti aksiyalara başlayıb.

Aksiya iştirakçıları parlament və Prezident Administrasiyasına üz tutublar.

Etirazçıların yolunun üstündə xüsusi təyinatlılar dayanıb. Prezident Administrasiyası yaxınlığında polislə aksiya iştirakçıları arasında toqquşma yaşanıb. Təhlükəsizlik qüvvələri etirazçıları PA-nın binasından uzaqlaşdırmağa çalışsalar da, buna nail ola bilməyiblər.

“Ermənistan” blokundan olan deputatlar Aram Vardevanyan və İşxan Saqatelyan müxalifət tərəfdarlarını sakitləşdirməyə çalışıblar. Bir müddət sonra vəziyyət sabitləşib.

Aksiya iştirakçıları “Nikolsuz Ermənistan”, “Türksüz Ermənistan” şüarları səsləndirirlər.

Polis etirazçıları binanın girişlərini açmağa çağırıb.

Həmçinin yoxlayın

GADTB başqanı sayın Əjdər Tağızadənin Türk Hareketi TV-də “Qarabağ və Güney Azərbaycanda son durum” mövzusunda çıxışı- Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) başqanı sayın …

Bakıda İranın həbs etdiyi azərbaycanlı siyasi məhbuslara azadlıq tələbi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Bakıda İran rejiminin həbs etdiyi azərbaycanlı siyasi məhbuslara …