Cümə axşamı , Oktyabr 15 2026
azfa

İrəvan Avropa Birliyinin mülki missiyasının müddətini daha iki il artırmaqla sülhə maraqlı olmadığı götərir

GADTB: “Azadlıq” radiosunun Avropa üzrə redaktoru Rikard Jozviak bildirib ki, əgər son dəqiqə sürprizləri olmasa, səfirlər Avropa Birliyinin mülki missiyasının daha iki il, 2027-ci il fevralın 19-dək Ermənistanda qalması layihəsini təsdiq edəcəklər.

Qərar layihəsinə əsasən, müşahidəçilərin tərkibi və sayı dəyişməz qalacaq: 165 beynəlxalq müşahidəçi və Ermənistandan 44 əməkdaş. Missiyanın müşahidə zonası, rəsmi açıqlamaya görə, Naxçıvan bölməsi də daxil olmaqla, bütün Ermənistan-Azərbaycan sərhədi boyunca uzanacaq.

Bu addım onu deməyə əsas verir ki, Ermənistan sülh müqaviləsini imzalamaqda maraqlı deyil. Çünki Bakı sərhədlərdə üçüncü qüvvənin olmasını istəmir.

Öncə İrəvanın bu haqlı tələbi qəbul edəcəyi gözlənilirdi. Amma görünür, Brüsseldən gələn əmrdən sonra İrəvan geri çəkilib.

Yeri gəlmişkən, imzalanma mərasimi məhz Brüsseldə baş tutacaq.

Həmçinin yoxlayın

Bölgədə neft ixracı bərpa olunur, iranın dəniz yolu ilə xam neft ixracı isə sıfır səviyyəsində qalır

GADTB: TankerTrackers-in qiymətləndirməsinə görə, oktyabrın əvvəlindən etibarən İran, İraq, Küveyt, Qətər, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb …

Təbrizli rejissor iş axtarmaq üçün Türkiyəyə köçən fəhlələrdən danışıb

GADTB: Təbrizli rejissor Məhəmməd Əlimuradi özünün “Instagram” səhifəsində Razi sərhəd-keçid məntəqəsindən Türkiyəyə keçən çoxsaylı fəhlələrlə …