Bazar ertəsi , Noyabr 2 2026
azfa

İran ABŞ Hərbi Hava Qüvvələrinin uçuş taktikalarını təhlil edib və mümkün zərbəyə hazırlaşır

GADTB: “The New York Times” ABŞ rəsmilərinə istinadən xəbər verir ki, İranın hərbi komandanlığı Vaşinqtonun mümkün yeni zərbələri ilə bağlı təhdidlərindən sonra ABŞ Hərbi Hava Qüvvələrinin uçuş taktikalarını və əməliyyat modellərini təhlil etməyə başlayıb.

Nəşrin iddiasına görə, Tehran bu prosesdə ehtimal ki, Rusiyanın dəstəyindən də istifadə edib.

Mənbələrin bildirdiyinə görə, ötən ay ABŞ-a məxsus F-15E qırıcısının vurulması və F-35 təyyarəsinin yerüstü atəşlə hədəfə alınması ABŞ-ın uçuş marşrutlarının və taktikasının müəyyən qədər proqnozlaşdırıla bilən hala gəldiyini göstərib.

Qəzet yazır ki, İran bir ay davam edən atəşkəs dövründə qalan silahlarının mühüm hissəsini yenidən yerləşdirib və Hörmüz boğazının bağlanması, həmçinin Körfəz ölkələrinin enerji infrastrukturuna zərbələr endirilməsi kimi ssenarilər vasitəsilə Vaşinqtona qarşı durmaq imkanını nümayiş etdirməyə çalışır./Azad İran

Həmçinin yoxlayın

Azərbaycan QHT-ləri İranın Azərbaycandakı səfirliyinə imzaladıqları açıq məktubu təqdim ediblər

GADTB: Azərbaycanın bir qrup QHT nümayəndəsi İranın Azərbaycandakı səfirliyinə gələrək Prezident Məsud Pezeşkiana oktyabrın 26-da …

Aksios: Netanyahu ABŞ-dakı seçkilərdən sonra İrana dərhal zərbə endirilməsini istəyir

GADTB: Amerikanın “Aksios” xəbər saytı Barak Ravidin müəllifi olduğu eksklüziv məqaləsində yazıb ki, ABŞ Prezidenti …